12px13px15px17px
Tarix:15/11/17

“OnePlus 5” əlavəsi smartfon üçün təhlükə yaradır

Proqram tərtibatçısı Elliot Olderson “OnePlus 5” smartfonunda “EngineerMode” əlavəsini aşkarlayıb. Mütəxəssis proqramın imkanlarını təhlil edərək onun qurğuya ziyan vura və istifadəçilərin məxfiliyi üçün təhlükə yarada bilməsi qənaətinə gəlib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, qurğunun satışa çıxarılmazdan əvvəl onun iş qabiliyyətinin yoxlanılması üçün nəzərdə tutulan “EngineerMode” əlavəsi ilk baxışdan adi görünür. Lakin məsələ ondadır ki, keyfiyyətin yoxlanışından sonra proqram qurğudan silinməli olduğu halda “OnePlus” şirkəti bunu etməyib. Təhlükə “EngineerMode” əlavəsinin smartfonun idarəetməsi üzərində böyük hüquqlara malik olmasındadır.
 
E.Olderson problemlə bağlı “OnePlus” şirkətinə müraciət edib. Onun sorğusuna reaksiya verən şirkət təsisçisi Karl Pey tərtibatçıya problemi aşkarladığına görə minnətdarlığını bildirib.
 
Tərtibatçının məlumatına görə, “OnePlus 3”, “OnePlus 3Т” və “OnePlus 5” smartfonlarında quraşdırılan potensial təhlükəli proqramla sistem əlavələri siyahısında tanış olmaq mümkündür.
 
Qeyd edək ki, yeni nəsil qabaqcıl “OnePlus” smartfonlarının - “OnePlus 5Т” modelinin nümayişi noyabrın 16-na təyin olunub.

Nizam Nuriyev 




Baxış sayı: 336

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024