12px13px15px17px
Tarix:16/11/17

Azərbaycan Cənubi Qafqaz ölkələri arasında informasiya-kommunikasiya texnologiyalarının inkişafı üzrə liderdir

Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) yeni hesabatına əsasən, İslandiya, Koreya Respublikası və İsveçrə müasir informasiya-kommunikasiya texnologiyalarının inkişafı üzrə liderlər siyahısında ilk üçlükdə qərarlaşıblar. İlk onluqda, həmçinin Danimarka, Böyük Britaniya, Honkonq (Çin), Niderland, Norveç, Lüksemburq və Yaponiya yer alıblar.

"ICTnews" Elektron Xəbər Xidməti un.org resursuna istinadən yazır ki, Azərbaycan 176 dövləti özündə birləşdirən reytinqdə 65-ci yeri tutmaqla Cənubi Qafqaz ölkələri arasında informasiya-kommunikasiya texnologiyalarının inkişafı üzrə liderdir. Gürcüstan və Ermənistan sözügedən reytinqdə müvafiq olaraq 74 və 75-ci yerləri tutublar.

Belarus 32-ci, Rusiya 45-ci, Qazaxıstan 52-ci və Moldova 59-cu, Ukrayna 79-cu, Özbəkistan 95-ci və Qırğızıstan 109-cu yerlərdə qərarlaşıblar.

BTİ-nin yeni hesabatı internetə qoşulmuş insanların sayında artım olduğunu və dünyada İKT yeniliklərindən daha aktiv istifadə edildiyini göstərir.

Yeni hesabatın müəllifləri bu tendensiyanı mobil telefon bazarının həcminin artması və genişzolaqlı rabitənin əlçatanlığı ilə izah edir.

Hazırda dünyada hər bir 100 insana mobil genişzolaqlı rabitə üzrə 50-dən çox abunə düşür. Bu, internet və onlayn xidmətlərə çıxışı xeyli dərəcədə genişləndirməyə imkan verib.

Emil Hüseynov




Baxış sayı: 1393

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Fevral 2018

19 02 2018

19/02/18
Ekzoplanetlərin axtarışı üçün yeni teleskop buraxılacaq

ABŞ Kosmik Agentliyi (NASA) apreldə ekzoplanetlərin axtarışı ilə məşğul olacaq

19/02/18
Yaponiyada bədənə yapışdırıla bilən elastik displey ixtira edilib

Tokio Universitetindən olan alimlər qrupu tərəfindən hazırlanmış 

19/02/18
Yapon alimi robot oxşarını yaradıb

Yaponiya alimi Hiroşi İşiquro onu ezamiyyə səfərləri zamanı mühazirələrdə əvəz edəcək robot oxşarını yaradıb

19/02/18
“Android” sistemi üçün “Gmail”in sadə versiyasını təqdim edilib

Google” şirkəti “Android” mobil əməliyyat sisteminin idarəetməsi altında işləyən qurğular üçün 

19/02/18
“Google” şirkəti “911” xidmətinə abunəçilərin yerini müəyyənləşdirməyə kömək edəcək

“Google” şirkəti “911” xilasetmə xidmətinə zəng edən insanların olduqları yeri müəyyənləşdirən yeni sistemi 

19/02/18
Smartfonları daha sürətli və daha “ağıllı” edəcək yeni çip yaradılıb

Massaçusets Texnologiya İnstitutunun alimləri tərəfindən neyron hesablamalar üçün yaradılmış yeni çip 

19/02/18
Britaniyada “3D” printerin köməyilə xəstənin döş qəfəsi bərpa edilib

Britaniyanın Suonsi şəhərində yerləşən Morrison xəstəxanasının həkimləri “3D” printerin köməyi ilə 

19/02/18
Süni intellekt ənənəvi metodlardan 17 dəfə çox zəlzələ aşkarlayıb

Harvard Universiteti və Massaçusets Texnologiya İnstitutunun tədqiqatçılar qrupu zəlzələlərin qeydə