12px13px15px17px
Tarix:22/11/17

“Twitter” üçün yeni əlavə videonun telefondan translyasiyasına imkan verəcək

“Twitter” şirkəti tezliklə “YouTube” xidmətinə rəqib olacaq axınlı video servisini istifadəyə verib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “HiTech-News” resursuna istinadən yazır ki, məlumata görə, yeni pulsuz “Periscope” əlavəsi axınlı videonu smartfondan istifadəçinin “Twitter” səhifəsinə onlayn rejimdə translyasiya etməyə imkan verir. Bundan başqa, video ilə yanaşı, səs və coğrafi koordinatları ötürmək mümkündür. Canlı yayım zamanı “Periscope” səhifə istifadəçilərinin şərhlərini və “Bəyənmə” saylarını izləyir. İstifadəçilərin 24 saat ərzində istifadə edə biləcəkləri videonun reytinqi bu göstəricilərdən asılı olur.
 
Məlumata görə, zərurət yarandığı halda əlavəni xüsusi rejimə keçirərək canlı yayımı yalnız seçilmiş istifadəçilərin izləyə bilməsinə imkan yaratmaq olacaq. Ekspertlərin fikrincə, “Twitter” tərtibatçıları axınlı videonun sürətlə populyarlıq qazanaraq “YouTube” servisinin reytinqini artırmasına diqqət yetiriblər. “Periscope” vasitəsilə onlar məşhur video platforması ilə rəqabət aparmaq niyyətindədirlər.
 
Yeni əlavədən hazırda yalnız “iPhone” istifadəçiləri yararlana bilərlər. Lakin tərtibatçıların sözlərinə görə, yaxın gələcəkdə “Android” sistemli qurğular üçün nəzərdə tutulan versiyanın təqdim olunması gözlənilir.

Nizam Nuriyev 




Baxış sayı: 396

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024