12px13px15px17px
Tarix:28/11/17

“iOS” sistemi üçün “YouTube” yenilənməsi batareyanın enerjisinin tez bitməsi problemini həll edib

Bir neçə həftə əvvəl “YouTube” əlavəsinin “iOS 11” əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğuların enerjisini tez sərf etməsi məlum olub. Noyabrın 27-də proqram üçün problemi aradan qaldıran yenilənmə buraxılıb.  
 
“ICTnews” Elektron Xəbər Xidməti “Macdigger” resursuna istinadən yazır ki, “YouTube” əlavəsi həmişə “iPhone” və ya “iPad” qurğularının enerjisini sürətlə işlədib, lakin “iOS 11” sistemində bu, daha tez baş verməyə başlayıb. Problemin konkret olaraq “iOS” sistem kodunda və ya əlavədə olması naməlum qalsa da, əksər istifadəçilər tərəfindən səhvin olması təsdiqlənib.  
 
İstifadəçi rəylərinə görə, 15 dəqiqəlik videoya baxmaq üçün “iOS” qurğusunun enerjisinin 10 faizindən çoxu sərf edilib və onu qızdırıb. Bu, videonun göstərilməsinin mərkəzi prosessor (CPU) və qrafik prosessorun (GPU) vəzifəsinin olmadığına görə normadan yüksək hesab edilir.
 
Bildirilir ki, indiyədək heç bir test keçirilməyib. Əlavəni ittiham edən istifadəçilərin sözlərinə görə,  “iPhone X” modelində 30 dəqiqəlik videoya baxan zaman batareyada enerjinin anomal tükənmə halı qeydə alınmayıb.
 
Qeyd edək ki, “YouTube” tərtibatçıları son vaxtlar əlavənin “iPhone X” smartfonu üçün optimallaşdırılması üzərində fəal çalışırlar. Bu yaxınlarda istifadəyə verilən yenilənmələr çərçivəsiz smartfonlar üçün miqyasın artırılması rejimini, yeni “iPhone” modelinin dəstəklənməsini və smartfonda 1440p təsvir ölçülü videoya baxmaq imkanını əlavə edib.
 
“YouTube” əlavəsini “App Store” mağazasından pulsuz yükləmək mümkündür.  

Nizam Nuriyev 




Baxış sayı: 332

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024