12px13px15px17px
Tarix:28/11/17

Mühazirə zamanı noutbukdan istifadə tələbələrin biliklərə yiyələnməsinə mane olur

Ekspertlər noutbuk və planşetlərin tələbələrin bilik almasına mane olmasını sübut ediblər.

“ICTnews” Elektron Xəbər Xidməti “life.ru” saytına istinadən yazır ki, Prinston və Kaliforniya universitetlərinin alimləri cihazlardan istifadənin tələbələrin biliklərə yiyələnməsinə təsirini araşdırıblar. Məlum olub ki, adi qələm və dəftər dərs zamanı daha faydalıdır.

Alimlər ali məktəblərdən birinin tələbələrini iki qrupa ayırıblar. Qruplardan birinə dərs zamanı noutbuk və ya planşet, digər qrupa isə dəftər və yazı ləvazimatlarından istifadəyə icazə verilib. Məlum olub ki, mühazirəni dəftərə qeyd edən tələbələr noutbuk və planşetlərdən istifadə edən tələbələrlə müqayisədə materialı yaxşı mənimsəyib və daha yüksək qiymət alıblar.

Alimlər bunu əksər tələbələrin kompüterdə mühazirə mətnini sürətlə yığa bilməmək bacarığı ilə izah ediblər. Tələbələr mühazirəçinin danışığını kompüterdə qeyd etməyə macal tapmır, tez-tez dayanır və təkrarlamağı xahiş edirlər.

Emil Hüseynov




Baxış sayı: 316

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024