12px13px15px17px
Tarix:29/11/17

Gələcəkdə populyar olacaq beş texnologiya açıqlanıb

Ekspertlər bazarın müasir texnologiyalara tələbatını təhlil edərək süni intellekt, neyrointerfeys və kiberidman jiletlərinin yaxın gələcəkdə populyarlıq qazanacağı qənaətinə gəliblər.
 
“ICTnews” Elektron Xəbər Xidməti “VistaNews” resursuna istinadən yazır ki, analitiklər diqqəti müasir texnologiyalara yüksək tələbat sayəsində bazarda belə məhsulların qiymətinin tədricən azalacağına yetiriblər. Bununla yanaşı, rəqib şirkətlərinin sayının artacağı gözlənilir. Bu tendensiya sayəsində “Google”, “Sony” və “Xiaomi” şirkətlərinin “ağıllı” eynəkləri xüsusilə populyar olacaq. İlkin məlumatlara görə, bu, 2020-ci ildə baş verəcək. Bundan əlavə, 2020-ci ildə qohum və dostlarla jestlər vasitəsilə əlaqə qurmaq mümkün olacaq.
 
Mütəxəssislər əmindir ki, kiberjiletlərdən 2030-cu ilədək Yer kürəsi əhalisinin yarısı istifadə edə biləcək. Kiberjilet vasitəsilə insanlar saatda 80 km. sürətlə istənilən maneələri dəf edə biləcək.
 
Məlumata görə, hazırda “ağıllı” geyim Çin bazarında geniş yayılıb. Köynək qolunda smartfon kitabçasından nömrənin yığılması “ağıllı” texnikaya zəng etməyə imkan verir.
 
Bundan başqa, “ağıllı” ev getdikcə populyarlaşır. Bu, smartfon düyməsini basmaqla işığı yandırmağa, yemək hazırlamağa imkan verən sistemdir. Analitiklərin ilkin qiymətləndirməsinə görə, 2030-cu ilədək “ağıllı” evlərin sayı min dəfə artacaq.

Nizam Nuriyev 




Baxış sayı: 23

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Oktyabr 2019

21 10 2019

21/10/19
“Windows Defender” əvvəlki kimi dünyanın ən yaxşı antiviruslarından biridir

“AV-Comparatives” müstəqil laboratoriyasının məlumatına görə, “Windows Defender” əvvəlki kimi dünyanın ən

21/10/19
2-ci “Bakı Elektron Ticarət Forumu” işə başladı

Bu gün “InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində Heydər Əliyev Mərkəzində ikigünlük 2-ci

21/10/19
Regionlarda telekommunikasiya şəbəkəsi yenidən qurulur

Son zamanlar “Aztelekom” MMC və ümumilikdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 

21/10/19
“Oracle” şirkətinin baş direktoru vəfat edib

ABŞ-ın “Oracle” şirkətinin baş direktoru Mark Herd oktyabrın 18-də dünyasını dəyişib. Bu barədə “The Wall

21/10/19
Peşəkar 3D printerlər bazarının həcmi ikirəqəmli templə artır

“Context” analitik şirkəti qlobal 3D printerlər bazarı ilə əlaqədar keçirilmiş araşdırmanın nəticələrini

21/10/19
“Wing” şirkətinin dronları bağlamaları evlərə çatdırmağa başlayıb

“Alphabet” holdinqinin tərkibinə daxil olan “Wing” şirkəti pilotsuz təyyarələrin köməyi ilə bağlamaları

21/10/19
İKT-dən cinayətkar məqsədlər üçün istifadə ilə mübarizə haqqında konvensiyanın hazırlanması təklif olunur

BMT Baş Assambleyasının 74-cü sessiyasının üçüncü komitəsinin iclasında Rusiya və Belarusun bir sıra digə

21/10/19
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyilə kibertəhlükəsizliyə dair təlim keçirilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Banklar Assosiasiyasının dəstəyi, “İKT LAB

21/10/19
Britaniyada yeni superkompüter tikiləcək

Böyük Britaniyanın Edinburq Universitetində ikinci nəsil “AMD EPYC” prosessorları əsasında “ARCHER2” adlı

21/10/19
Məlumatları saniyədə 1 petabit sürətlə ötürən ilk şəbəkə qovşağı yaradılıb

Yapon mühəndisləri petabitlik şəbəkələr üçün ilk optik kommutator prototipini nümayiş etdiriblər. Belə a