12px13px15px17px
Tarix:30/11/17

Yeni “3D” çap texnologiyası printerləri 10 dəfə sürətləndirəcək

Dizayner və istehsal sahələrinə təsir göstərən üçölçülü çap sferasında inqilaba baxmayaraq müasir "3D" printerlər texnologiyanın bütün sahələrdə tətbiqinə mane olan aşağı sürətdən ibarət yeganə problemə malikdirlər. Əksər masaüstü "3D" printerlər üçün kiçik obyektin yaradılmasına 1 saata yaxın vaxt tələb olunur. Lakin Massaçusets Texnologiya İnstitutunun (MIT) yaratdığı yeni texnologiya "3D" çap prosesini tam dəyişməklə printerlərə sürəti 10 dəfə artırmağa imkan verə bilər.
 
"ICTnews" Elektron Xəbər Xidməti "Naked Science" resursuna istinadən yazır ki, institut mühəndisi Anastasios Con Hart və keçmiş aspirant Ceyms Qo diqqəti adi masaüstü "3D" printerin sürətini məhdudlaşdıran üç əsas amilə yönəldiblər: çap başlığının sürəti - çap edilən materialın ucluq vasitəsilə çıxdığı güc və materialın ərinmə sürəti.
 
Məlumata görə, nəticədə mühəndislər çap başlığında və onun ətrafında bir neçə mexanizmi təkmilləşdiriblər, eləcə də plastik sap ucluqdan keçməzdən əvvəl  daha tez əridilməsi üçün lazer əlavə ediblər. "FastFFF" adlanan sistem adi kommersiya printerlərinin çap sürətini 10 dəfə üstələyən sürət nümayiş etdirib. Yeni printer obyektləri bir neçə dəqiqə ərzində çap etdiyi halda ənənəvi "3D" printerlər bu vəzifənin öhdəsindən təxminən 1 saata gəlirlər.  
 
Tədqiqatçıların fikrincə, "FastFFF" sistem prototipinin həcmli yığım sürəti 127 sm3/saat təşkil edib ki, bu da onların sözlərinə görə, müqayisəli təsvir ölçüsündə obyektlər yaradan kommersiya masaüstü "FFF" sistemlərindən təxminən 7 dəfə çoxdur. Lakin maksimal itələmə sürətində çap başlığı obyektləri 282 sm3/saat sürətində yarada bilir ki, bu da sınaq göstəricilərini təxminən 14 dəfə geridə qoyur.

Nizam Nuriyev 




Baxış sayı: 95

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Fevral 2020

29/02/20
“Google” yeni ofis və data mərkəzlərinin inşasına 10 milyard dollar xərcləyəcək

“Google” şirkəti 2020-ci ildə ABŞ-da yeni ofis və data mərkəzlərinin tikintisinə 10 milyard dollar sərf e

29/02/20
“Samsung” yeni nəsil enerjiyə qənaətcil “OLED” ekranlar təqdim edib

“Samsung” şirkəti az enerji sərfiyyatı ilə seçilən yeni nəsil “OLED” displeylərin buraxılışına başlayıb.

29/02/20
Altı nanometrlik ilk “5G” prosessor təqdim edilib

Çinin “UNISOC” prosessor istehsalçısı “Tiger T7520” smartfonları üçün 6 nanometrlik texno

28 02 2020

28/02/20
“Android”in yeniləməsi “Xiaomi” smartfonlarında nasazlıq yaradıb

“Xiaomi Mi8” smartfonunun istifadəçiləri “Android”in yenilənməsindən sonra işçi masasının yoxa çıxm

28/02/20
“Facebook” koronavirusa görə tərtibatçılar üçün konfransı ləğv edib

“Facebook”un tərtibatçılar üçün illik konfransı koronavirusun yayılması təhlükəsinə görə ləğv edil

28/02/20
“USB Fast Charger” sertifikasiyasından keçən ilk smartfon məlum olub

“USB” interfeysləri üçün standartların hazırlanmasına məsuliyyət daşıyan “USB Implementers Forum” (USB-

28/02/20
“Wi-Fi” boşluğu milyardlarla qurğunu təhlükə altında qoyub

“Cypress” və “Broadcom” şirkətlərinin istehsal etdiyi “Wi-Fi” çiplərində milyardlarla qurğunu dinləmə

28/02/20
“HTC” şirkəti yeni ucuz “Wildfire R70” smartfonunu təqdim edib

“HTC” şirkəti “Wildfire R70” smartfonunu təqdim edib.

28/02/20
“Google”un ikimərhələli autentifikasiyasını keçən virus aşkar edilib

“ThreatFabric” kibermüdafiə şirkətinin mütəxəssisləri “Cerberus” bank troyanının yeni versiyasının yayılm

28/02/20
Yeni robot gözdən əlillərə bələdçilik edəcək

“IBM” şirkətinin Yaponiya bölməsi görmə qabiliyyətini itirən insanların hərəkət etməsini asanlaşdıracaq r

28/02/20
Aİ-də vahid sifətin tanınması sistemi yaradılacaq

Avropa İttifaqının hüquq-mühafizə orqanları bütün təşkilat ölkələrini əhatə edən milli polis məlumat baza