12px13px15px17px
Tarix:15/10/11

"Apple" Azərbaycanda SMS-mübadiləyə alternativ xidməti istifadəyə verib

"iOS 5" operativ əməliyyat sistemlərinə daxil edilən "iMessage" məlumatları artıq Azərbaycandakı "Apple" qurğularına malik olanlar üçün əlçatan olub.

Bu barədə "Alma Store" ("Apple Premium Reseller" firma mağazasının Azərbaycandakı rəsmi şəbəkəsi) mağazalar şəbəkəsinin baş icraçı direktoru Ramin Musayev bildirib.

"iMesagge" proqramı iPhone, iPad və iPod touch sahiblərinə Wi-Fi, GPRS və 3G şəbəkələrində pulsuz mesajlaşmağa və fayl göndərməyə imkan verəcək", - Musayev deyib.

"iMessage" məlumat ötürülməsi xidmətinə əsaslanır və istifadəçinin vəsaitlərinə qənaət etməyə kömək etməklə SMS göndərməkdən azad edir.

Azərbaycanda "Apple" qurğularının sahiblərinə öz yerləşdiyi yer barədə məlumat mübadiləsi imkanı yaradan "Apple Find My Friends" funksiyası da aktiv edilib.

"Apple Find My Friends" proqramı iOS-qurğularda pulsuz iCloud "bulud" servisi vasitəsilə işləyir. Onun əsas tapşırığı dostların və ya qohumların, eləcə də iOS-qurğuların digər sahiblərinin yerləşdiyi məkanı GPS və 3G funksiyaları ilə tez təyin etməkdir.

Smartfonlarının yeni versiyası iPhone 4S-in (onun satışına ABŞ, Avstraliya, Kanada, Fransa, Almaniya, Yaponiya və Böyük Britaniyada başlanıb) Azərbaycan bazarına tədarükü məsələsini şərh edən Musayev deyib ki, çatdırılma barəsində hələ ki məlumat yoxdur.

Bunun səbəbi Avropa və ABŞ bazarlarında öncədən sifarişlərin sayının çox böyük olmasıdır. "Alma Store"un rəhbərinin fikrincə, bütün sifarişlərin sadəcə 1/5-ni həll etmək mümkün olacaq.

"Bununla əlaqədar düşünürəm ki, ilin sonuna qədər "iPhone 4S"-in bazarda çatışmazlığı yaranacaq. Müvafiq olaraq, onların Azərbaycanda tədarükü mümkün olmayacaq", - Musayev deyib.

"Alma Store"un siyasəti belədir ki, şirkət anbarına daxil olmamış yeni istehsal edilmiş hər hansı bir qurğunu öncədən anons etmir.

"Bu səbəbdən də biz əvvəlcədən onların yekun sahibə hansı qiymətə başa gələcəyini deyə bilmirik. Hələ ölkəyə gəlməmiş istənilən malın qiyməti dəyişə bilər. Çünki məhsulun yekun qiyməti alış və onun ölkəyə gətirilməsi qiymətindən asılıdır", - Musayev bildirib.



Baxış sayı: 1184

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024