12px13px15px17px
Tarix:15/10/11

ABŞ məhkəməsi “Apple” şirkətinin tərəfini saxladı

ABŞ məhkəməsi təsdiqləyib ki, “Samsung” şirkəti “Apple” patentlərini pozur. Qeyd edək ki, aprel ayında “Apple” şirkəti Cənubi Koreya istehsalçısını dizayn elementlərinin, istifadəçi interfeysinin köçürülməsində ittiham edib.

“Samsung” şirkəti isə cavab kimi “Apple”-ı verilənlərin simsiz ötürülməsinə, enerji istehlakının azaldılması vasitələrinə aid olan patentlərin pozulmasında ittiham edib.

Avqust ayının əvvəlində “Galaxy Tab 10.1” planşetinin satışı Avropada müvəqqəti qadağan edilib. Bu həftə “Galaxy Tab 10.1” planşetinin satışı Avstraliyada qadağan olunub.

ABŞ-ın federal rayon hakimi Lüsi Kox dinlənmə gedişində “Galaxy Tab 10.1” planşetinin həqiqətən “iPad”-a çox oxşadığı nəticəsinə gəlib.

Qurğuları müxtəlif əllərdə saxlayaraq, o, “Samsung”un hüquqşünası Ketlin Sallivana onları bir-birindən ayıra bilərmi sualı ilə müraciət edib.

"Bu məsafədən yox" - “Samsung” nümayəndəsi cavab verib. Bu halda, Reyter qeyd edib ki, xanım Sallivan hakimdən 3 metr məsafədə olub.

Bununla belə xanım Kox hələ ki “Apple” şirkətinin “Galaxy Tab 10.1” planşetinin Amerika bazarında satışlarına qadağa qoyulması haqqında tələbini təmin etməkdən imtina edib. "Alma" şirkəti patentlərin həqiqiliyini sübut etməlidir; yalnız bundan sonra son hökm çıxarılacaq.



Baxış sayı: 744

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024