12px13px15px17px
Tarix:01/12/17

Ucuz “Apple iPad” planşeti təqdim olunacaq

"Apple" şirkəti hazırda 9,7 düym diaqonallı yeni nəsil "iPad" planşetlərinin hazırlanması üzərində çalışır. Qurğu qiymətinin ucuz olması ilə seçiləcək. Bu barədə insayderlərin məlumatında deyilir.
 
"ICTnews" Elektron Xəbər Xidməti "Rambler" resursuna istinadən yazır ki, yeni seriyalı "Apple" qurğularının istehsalına 2018-ci ildə başlamaq nəzərdə tutulur. Şirkətin ucuz planşetlərın istehsalına başlaması təsadüfi deyil. Belə ki, şirkət hazırkı satış səviyyəsinin (rüb ərzində 10 milyona yaxın qurğu) saxlanılmasında maraqlıdır və ucuz qurğunun buraxılışı ən düzgün üsullardan biridir.  
 
Bundan başqa, ABŞ istehsalçısı ucuz planşet təqdim etməklə "Huawei", "Lenovo", "Samsung" və "Amazon" kimi şirkətlərə ciddi rəqib olacaq.
 
Analitiklərin sözlərinə görə, 9,7 düymlük ucuz "iPad" planşetinin 2018-ci ilin ikinci rübündə nümayişi planlaşdırılır. Qurğunun gözlənilən qiyməti 259 dollara yaxındır.
 
"Apple" şirkəti əsas komplekt hissələri tədarükçülərini də müəyyənləşdirib. Ucuz "iPad" modeli "Compal Electronics" zavodunda yığılacaq, çap platasının və elementlərin istehsalı ilə "Compeq" və "Unitech Pronted Board" şirkətləri məşğul olacaq.

Nizam Nuriyev 




Baxış sayı: 328

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024