12px13px15px17px
Tarix:04/12/17

“Samsung” qatlanan formaya malik bahalı smartfonunu təqdim edib

“Samsung Electronics” şirkəti Çində qatlanan formaya malik bahalı smartfonunu təqdim edib. “W2018” modelinin qiyməti “Apple iPhone X” ilə müqayisədə iki dəfə baha olacaq.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, yeni smartfon 2,45 QHs takt tezlikli səkkiznüvəli “Qualcomm Snapdragon 835” prosessoru, 6 QB əməli və 256 QB-dək daxili yaddaş, 4.2 düymlük diaqonala və 1920x1080 piksel təsvir ölçüsünə malik iki ədəd “Super AMOLED” displeyi ilə təchiz edilib.

Qurğuda, həmçinin 12 meqapiksellik əsas və 5 meqapiksellik ön kameralar, “microSD” yaddaş kartları üçün konnektor, “Wi-Fi 802.11 ac”, “Bluetooth 4.1 LE”, “NFC”, “GPS/QLONASS” və “LTE” simsiz kommunikasiya vasitələri nəzərdə tutulub.

Aparat 2300 milliamper/saat tutumlu akkumulyator batareyası ilə işləyir. Avtonom iş vaxtının müddəti məlum deyil. Cihaz “Bixby” səs assistentini dəstəkləyən “Android 7.1.1 Nougat” mobil əməliyyat sisteminin idarəetməsi altında işləyir.

15,9 mm qalınlığında olan aparatın çəkisi 247 qr təşkil edir. Korpusun arxa tərəfində daktiloskopik skaner qurulub.

“Samsung W2018” smartfonunun qiyməti 2000 dollardır, halbuki “iPhone X” qurğusunun qiyməti 1000 dollardan başlayır.

Emil Hüseynov




Baxış sayı: 391

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024