12px13px15px17px
Tarix:05/12/17

Prezident İlham Əliyev İranın rabitə və informasiya texnologiyaları nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 5-də İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromini qəbul edib.
 
Görüşdə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən rabitə və informasiya texnologiyaları istiqamətində uğurlu inkişafından məmnunluq bildirildi.
 
Prezident İlham Əliyev XXIII “Bakutel-2017” sərgisinin 20 ildən artıqdır ki, keçirildiyini qeyd edərək, İran şirkətlərinin bu sərgidə daim iştirak etməsindən və bu sərgidə İranın nazir səviyyəsində təmsil olunmasından məmnunluğunu ifadə etdi. Bu yaxınlarda İran İslam Respublikasına səfərini xatırlayan dövlətimizin başçısı İranın Ali Rəhbəri və İran Prezidenti ilə keçirdiyi görüşlərin əlaqələrimizin inkişafına böyük töhfə verdiyini vurğuladı. Prezident İlham Əliyev informasiya-kommunikasiya və rabitə sahəsində əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu dedi və İranın rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhrominin səfəri zamanı əməkdaşlığın perspektivləri ətrafında səmərəli müzakirələrin aparılacağına əminliyini vurğuladı.
 
Rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromi İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarını dövlətimizin başçısına çatdırdı. O, eyni zamanda, Kirmanşah şəhərində zəlzələ ilə əlaqədar Azərbaycan Prezidentinin başsağlığı verməsi və Azərbaycanın İran xalqı ilə həmrəylik nümayiş etməsi ilə bağlı İran Prezidentinin minnətdarlığını çatdırdı. Nazir ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdə uğurlu əməkdaşlığın həyata keçirildiyini vurğulayaraq, bu əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə ümidvar olduğunu bildirdi.
 
Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İran Prezidentinə çatdırmağı xahiş etdi.




Baxış sayı: 45

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






31 Mart 2020

31/03/20
Koronavirusla mübarizə məqsədilə texnoloji həlləri bir araya gətirən “virtual hackathon”a qeydiyyat başladı

Koronavirus (COVID-19) pandemiyası ilə mübarizə məqsədilə texnoloji həlləri bir araya gətirmək üçün Nəqli

31/03/20
“Əşyalar interneti” avadanlığı bazarında illik 130% artım gözlənilir

“Juniper Research” analitik şirkəti “Əşyalar interneti (IoT)” üçün qlobal avadanlıqlar üzrə araşdı

31/03/20
“Microsoft” gözdən əlillər üçün virtual reallıq sisteminin təkmilləşdirilmiş versiyasını təqdim edib

“Microsoft” gözdən əllilər üçün virtual reallıq sisteminin təkmilləşdirilmiş versiyasını təqdim

31/03/20
Koronavirusu 5 dəqiqəyə aşkarlayan portativ qurğu hazırlanıb

ABŞ-ın “Abbott” şirkəti koronavirus infeksiyasını molekulyar analiz metodu ilə 5 dəqiqəyə diaqnozlaşdırma

31/03/20
“HONOR 30S” smartfonu təqdim edilib

Çində nümayiş etdirilmiş “HONOR 30S” smartfonu beşinci nəsil şəbəkələrini dəstəkləyən ən yeni prosessor,

31/03/20
“Windows 10” sistemində səhv internet bağlantısında problemlər yaradır

“Windows 10” əməliyyat sisteminin istifadəçiləri internetin işində fasilələrin yaranmasından şikayətlənmə

31/03/20
“Apple” koronavirus üzrə resurslar istifadəyə verib

“Apple” şirkəti bir sıra dövlət müəssisələri ilə birlikdə insanların koronavirus infeksiyası ilə bağlı və

31/03/20
Dünyanın ən populyar smartfonunun istehsalı dayandırılıb

Hindistanda “iPhone Xr” smartfonunun istehsalı dayandırılıb.

31/03/20
“HUAWEI” yeni internet standartını elan edib

“HUAWEI” şirkəti Çin dövlət provayderləri ilə birgə Beynəlxalq Telekommunikasiya İttifaqına mövcud həllər

31/03/20
Fiziki klaviaturaya malik cihaz təqdim edilib

Britaniyanın “Planet Computers” şirkəti 2000-ci illərin kommunikatoru və müasir smartfon arasında aralıq

30 03 2020

30/03/20
“Samsung” uzun müddət avtonom işləyən ucuz “Galaxy M11” smartfonunu təqdim edib

“Samsung” şirkəti öz rəsmi saytında “Galaxy M11” smartfonunu təqdim edib. Smartfonun əsas xüsusiyyətləri 

30/03/20
Bərpa olunan enerji planetə mənfi təsir göstərir

Bərpa olunan enerji mənbələrindən təmiz enerjiyə keçid zərərli tullantıların azaldılması və planetdə həya

30/03/20
“Apple” prosessorlu ilk noutbuklar 2021-ci ildə buraxılacaq

“Apple” şirkəti 2021-ci ildə noutbuk və masaüstü kompüterləri öz istehsalı olan “ARM” arxitekturalı

30/03/20
“Samsung Galaxy Chromebook” noutbuku nə vaxt satışa çıxarılacaq?

“Samsung” şirkətinin premium “Galaxy Chromebook” noutbukunun rəsmi satışa çıxarılma tarixi məlum olub. 

30/03/20
Çinin texnoloji nəhəngləri “bulud” oyun platformasının yaradılması üçün səyləri birləşdirib

Çinin iki nəhəng texnoloji şirkəti – “Huawei Technologies” və “Tencent Holdings” mobil əyləncə

30/03/20
Bu şirkət mobil prosessor bazarında öz mövqeyini möhkəmləndirib

Prosessor smartfonun “ürəyi” hesab edilir, digər bütün komponentlərin işləməsi ondan asılıdır. 

30/03/20
“Huawei” yeni texnologiyaların tədqiqatına rekord məbləğ yatırır

Karantin rejimi tətbiq edildikdən sonra Çinin böyük şirkətləri işlərini dayandırmaq məcburiyyətində qalıb

30/03/20
“Dyson” ağciyərin süni ventilyasiyası üçün aparatların istehsalına başlayacaq

Tozsoran istehsalçısı kimi tanınan Böyük Britaniyanın “Dyson” texniki şirkəti yeni növ koronavirus (COVID

30/03/20
Kompüterin köməyilə beyin siqnallarını oxumaq üçün yeni metod hazırlanıb

Beynəlxalq alimlər qrupu beyin neyronlarından gələn siqnalları silisium çipinə ötürməyə müvəffəq olublar.