12px13px15px17px
Tarix:06/12/17

Gürcüstanla startapların inkişafı üzrə memorandum imzalanıb

Bakıda keçirilən “Bakutel - 2017” beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki “Yüksək Texnologiyalar Parkı” və Gürcüstanın İnnovasiya və Texnologiya Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb.
 
Anlaşma Memorandumunun məqsədi müəssisələr arasında əməkdaşlığın daha da genişləndirilməsi, iki ölkə startaplarının, innovatorların fəaliyyətinə dəstək və beynəlxalq arenaya çıxışına köməklik göstərməkdir.
 
Eyni zamanda, memorandum biznes forum, təlim və görüşlərin təşkilini, elm müəssisələri arasında və  əqli mülkiyyət sahəsində əməkdaşlığı, innovasiya, texnologiya, elmi-tədqiqatların nəticələrinin kommersiyalaşdırılması üzrə təcrübə mübadiləsini ehtiva edir.




Baxış sayı: 429

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024