12px13px15px17px
Tarix:06/12/17

Süni intellektlə təchiz edilmiş “View 10” adlı qabaqcıl smartfon təqdim edilib

“Honor” şirkəti “View 10” (V10) qabaqcıl smartfonunu rəsmən təqdim edib.

“Honor V10” smartfonu 1080x2160 təsvir ölçüsünə malik və tərəflər nisbəti 18:9 təşkil edən 6 düymlük ekran, 6 QB əməli yaddaş və 128 QB daxili yaddaşla təchiz edilib, həmçinin “microSD” kartı üçün slot nəzərdə tutulub.

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.newsru.ru” saytına istinadən yazır ki, smartfona qurulmuş “Huawei Kirin 970” prosessoru müxtəlif proqramlarda kompüter təlimindən istifadəyə imkan verən neyron soprosessoru ilə təchiz edilib. Məsələn, smartfonun süni intellekti istifadəçinin davranışını izləyərək onun vərdişlərinə uyğunlaşır. Bundan başqa, süni intellekt çəkiliş zamanı süjet və obyektləri tanıyır və şəkillərin yaxşı alınması üçün kameranın sazlamalarını avtomatik dəyişdirir.

Smartfon 20 meqapiksellik monoxrom və 16 meqapiksellik RGB modula malik ikiqat əsas kameraya malikdir. Qurğunun ön kamerasının təsvir ölçüsü 13 meqapiksel təşkil edir. Smartfon, həmçinin “3D Facial Animation” funksiyası ilə təchiz edilib. Bu funksiya “Apple”ın son smartfonlarında istifadəyə verilmiş və qurğu sahibinin üzündəki mimikanı ekrandakı animasiyalı təbəssümə daşımağa imkan verən “Animoji” funksiyasının analoqudur. Bundan başqa, “V10” smartfonunu yalnız qurğu sahibinin barmaq izi ilə deyil, həm də sifətin tanınması sisteminin köməyi ilə blokdan çıxarmaq mümkündür.

Smartfon “Android 8.0 Oreo” mobil əməliyyat sisteminin idarəetməsi ilə  işləyir və akkumulyator batareyasının tutumu 3750 milliamper/saat təşkil edir. Akkumulyator sürətli enerjidoldurma texnologiyasını dəstəkləyir, yəni 30 dəqiqə ərzində batareyanı 50% səviyyəsində enerji ilə doldurmağa imkan verir.
Avropa və ABŞ-da “Honor V10” smartfonu 8 yanvar tarixində satışa çıxarılacaq. Qara və göy rəngli korpuslarda əlçatan olacaq smartfonun qiyməti 500 avro təşkil edəcək.

Emil Hüseynov



Baxış sayı: 253

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Fevral 2018

19 02 2018

19/02/18
Ekzoplanetlərin axtarışı üçün yeni teleskop buraxılacaq

ABŞ Kosmik Agentliyi (NASA) apreldə ekzoplanetlərin axtarışı ilə məşğul olacaq

19/02/18
Yaponiyada bədənə yapışdırıla bilən elastik displey ixtira edilib

Tokio Universitetindən olan alimlər qrupu tərəfindən hazırlanmış 

19/02/18
Yapon alimi robot oxşarını yaradıb

Yaponiya alimi Hiroşi İşiquro onu ezamiyyə səfərləri zamanı mühazirələrdə əvəz edəcək robot oxşarını yaradıb

19/02/18
“Android” sistemi üçün “Gmail”in sadə versiyasını təqdim edilib

Google” şirkəti “Android” mobil əməliyyat sisteminin idarəetməsi altında işləyən qurğular üçün 

19/02/18
“Google” şirkəti “911” xidmətinə abunəçilərin yerini müəyyənləşdirməyə kömək edəcək

“Google” şirkəti “911” xilasetmə xidmətinə zəng edən insanların olduqları yeri müəyyənləşdirən yeni sistemi 

19/02/18
Smartfonları daha sürətli və daha “ağıllı” edəcək yeni çip yaradılıb

Massaçusets Texnologiya İnstitutunun alimləri tərəfindən neyron hesablamalar üçün yaradılmış yeni çip 

19/02/18
Britaniyada “3D” printerin köməyilə xəstənin döş qəfəsi bərpa edilib

Britaniyanın Suonsi şəhərində yerləşən Morrison xəstəxanasının həkimləri “3D” printerin köməyi ilə 

19/02/18
Süni intellekt ənənəvi metodlardan 17 dəfə çox zəlzələ aşkarlayıb

Harvard Universiteti və Massaçusets Texnologiya İnstitutunun tədqiqatçılar qrupu zəlzələlərin qeydə