12px13px15px17px
Tarix:07/12/17

Unikal süni intellektlər yaradan neyroşəbəkə təqdim olunub

Bu ilin yazında “Google Brain” şirkətinin mühəndisləri insanın iştirakı olmadan unikal süni intellektlər yaradan “AutoML” süni intellektini təqdim ediblər. Bu yaxınlarda isə məlum olub ki, “AutoML” ilk dəfə insan tərəfindən yaradılan bütün kompüter görmə sistemlərinin analoqlarını üstələyən sistem hazırlayıb. Süni intellektə əsaslanan sistem, məsələn, avtonom avtomobillərin, eləcə də robot texnikasının inkişafına töhfə verməklə robotların görmə qabiliyyətini yeni səviyyəyə çıxarmağa imkan verə bilər.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Hi-News” resursuna istinadən yazır ki, “AutoML” təlimin möhkəmləndirilməsi sistemi üzrə inkişaf edir. Bu, mahiyyət etibarilə müəyyən xüsusi vəzifələr üçün müstəqil şəkildə yeni neyroşəbəkələr hazırlayan idarəetmə neyroşəbəkəsidir. Bu halda “AutoML” neyron şəbəkəsinin əsas məqsədi real vaxt rejimində videoda obyektlərin maksimum dəqiq tanınması üçün sistemin yaradılması olub. Süni intellekt yeni neyroşəbəkəni müstəqil öyrədərək onun səhvlərini izləyib və işinə düzəlişlər edib. Təlim prosesi sistem işə yararlı olanadək dəfələrlə təkrarlanıb.
 
“Google” şirkətinin rəsmi bəyanatına görə, “NASNet” neyron şəbəkəsinin tanıma dəqiqliyi 82,7 faiz təşkil edir. Bu, bu ilin sentyabrında Oksford Universiteti və “Momenta” şirkətinin mütəxəssisləri tərəfindən nail olunan əvvəlki rekorddan 1,2 faiz yaxşıdır. Neyroşəbəkə 43,1 faiz orta dəqiqliklə analoq neyroşəbəkələrdən 4 faiz effektiv olub. Mobil platformalar üçün adaptasiya edilən sadələşdirilmiş “NASNet” versiyası oxşar neyroşəbəkələri 3 faizdən çox üstələyir.

Nizam Nuriyev




Baxış sayı: 53

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






11 Dekabr 2018

10 12 2018

10/12/18
Yeni akkumulyator smartfonların 1 həftə şarjsız işləməsinə imkan verəcək

Batareyalar yeni materialdan hazırlanacaq. Alimlər 2015-ci ildə kimya üzrə Nobel mükafatı 

10/12/18
Bakıda aqrar və yaşıl texnologiyalar üzrə beynəlxalq forum keçirilir

Heydər Əliyev Fondunun vitse-prezidenti, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının xoşməramlı səfiri, 

10/12/18
“OnePlus” şirkətinin direktoru: “5G” şəbəkəsini dəstəkləyən smartfonlar 300 dollar baha olacaq”

“OnePlus” şirkətinin baş direktoru Pit Lau “Qualcomm Snapdragon Tech Summit” konfransında 

10/12/18
Milyonlarla abunəçi nasazlığa görə mobil rabitəsiz qalıb

İsveçin telekommunikasiya avadanlığı istehsalçısı “Ericsson” şirkəti öz proqram təminatının nasazlığına 

10/12/18
“Google” şirkəti “Android” sistemli köhnə smartfonların dəstəklənməsini dayandıracaq

“Google” şirkəti “Android 4. x. Ice Cream Sandwich” əməliyyat sisteminin idarəetməsi ilə işləyən 

10/12/18
“iPhone” sahibləri “Apple” şirkətindən göndərilən spamdan şikayət ediblər

“iPhone” sahibləri “Apple” şirkətini zəhlətökən reklam elanlarının göndərilməsində ittiham edib.

10/12/18
Çin şirkəti “Əşyalar interneti” üçün peyklər şəbəkəsi yaradacaq

Çinin “Commsat” innovativ şirkəti 2022-ci ilədək aşağı yerətrafı orbitdə “Əşyalar interneti” (IoT) 

10/12/18
Planet əhalisinin 50%-dən çoxu internetə çıxış imkanına malikdir

Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) məlumatına görə, 2018-ci ilin sonunda 3,9 milyard nəfər 

10/12/18
Bu ilin 10 ən populyar “Android” smartfonu açıqlanıb

“AnTuTu” şirkəti 2018-ci il üçün “Android” mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyən