12px13px15px17px
Tarix:07/12/17

Masaüstü kompüter və noutbukların 60,6 %-də bu brauzer istifadə edilir

"NetMarketShare" xidmətinin məlumatına görə, 2017-ci ilin noyabrında "Chrome" brauzerinin payı 60%-i ötüb.

Cari ilin noyabrında masaüstü kompüter və noutbukların 60,6%-də internetə çıxış üçün "Chrome" brauzerindən istifadə edilib.

"ICTnews" Elektron Xəbər Xidməti "dailycomm.ru" saytına istinadən yazır ki, 11,4% göstəricisinə malik "Firefox" brauzeri ikinci yeri tutub. Oktyabrda bu brauzerin bazar payı 11,7% idi. "Internet Explorer" (9,2%) ilk üçlükdə qərarlaşıb.

"Internet Explorer" brauzerinin bazar payı 2 il bundan əvvəl sürətlə azalmağa başlayıb, çünki "Microsoft" korporasiyası sözügedən brauzerin 11-ci versiyası istisna olmaqla digər versiyaların dəstəyini dayandırıb. Həmin vaxtdan etibarən "Internet Explorer 10" və köhnə versiyalar üçün təhlükəsizlik və texniki dəstək yenilənməsi nəzərdə tutulmayıb.

Hazırda "Microsoft" şirkəti "Edge" brauzerini tanıtdırır. Ancaq 2017-ci ilin noyabrında bu brauzerin bazar payı yalnız 4,21% təşkil edib. Şirkətin məlumatına görə, "Edge" brauzeri 330 milyon qurğuda istifadə olunur ki, bu da 2016-cı ilin apreli ilə müqayisədə 2 dəfə daha çoxdur.

Emil Hüseynov




Baxış sayı: 305

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024