12px13px15px17px
Tarix:07/12/17

V Regional İnternet İdarəçilik Forumu keçirilib

BMT-nin İnkişaf Proqramı və Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin birgə reallaşdırdığı “Azərbaycan Respublikasında İKT infrastrukturunun və İKT xidmətlərinin davamlılığının və səmərəliliyinin modernləşdirilməsi” layihəsi çərçivəsində “İnnovasiya və Tərəqqinin Açarı İnternet” mövzusunda V Regional İnternet İdarəçilik Forumu (RİİF) keçirilib. Tədbir BMT-nin İqtisadi və Sosial məsələlər üzrə Departamentinin (UNDESA), BMT-nin İnternet İdarəçilik Forumu üzrə Cenevrə Katibliyinin və “ADA” Universitetinin birgə dəstəyi ilə keçirilir.
 
Qeyd edək ki, Regional İnternet İdarəçilik Forumunun keçirilməsinin əsası 2012-ci ildə Bakıda təşkil edilən VII İnternet İdarəçilik Forumu ərəfəsində qoyulub və ənənə halını alaraq hər il keçirilir.
 
Forumun keçirilməsində əsas məqsəd daha səmərəli regional innovativ inkişaf üçün internetin rolu, yerli və beynəlxalq mütəxəssislər arasında təcrübə mübadiləsi və bu sahədə çatışmazlıqlar barədə müzakirələr aparmaqdır.
 
Tədbirdə “İKT startapları dövründə hökumətin və beynəlxalq təşkilatların rolu: cərəyanlar və problemlər”, “İnnovativ, rəqabətə davamlı və inkişaf edən iqtisadiyyatın təkmilləşdirilməsində internetin rolu”, “E-iştirak və Açıq Hökümətdə Azərbaycanın potensialı: təşəbbüslər və risklər”, “İKT sahəsinin inkişafı üçün paydaşları cəlb etmək məqsədilə nə edilə bilər?” kimi mövzular müzakirə olunub.
 
Müzakirələrdə hökumət, biznes, diplomatik korpusların nümayəndələri, elm və vətəndaş cəmiyyətinin mütəxəssisləri iştirak ediblər.
 
Forumda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, BMT-nin İnkişaf Proqramının, BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamentinin, ICANN-nin nümayəndələri çıxış ediblər. 










Baxış sayı: 59

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






11 Dekabr 2018

10 12 2018

10/12/18
Yeni akkumulyator smartfonların 1 həftə şarjsız işləməsinə imkan verəcək

Batareyalar yeni materialdan hazırlanacaq. Alimlər 2015-ci ildə kimya üzrə Nobel mükafatı 

10/12/18
Bakıda aqrar və yaşıl texnologiyalar üzrə beynəlxalq forum keçirilir

Heydər Əliyev Fondunun vitse-prezidenti, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının xoşməramlı səfiri, 

10/12/18
“OnePlus” şirkətinin direktoru: “5G” şəbəkəsini dəstəkləyən smartfonlar 300 dollar baha olacaq”

“OnePlus” şirkətinin baş direktoru Pit Lau “Qualcomm Snapdragon Tech Summit” konfransında 

10/12/18
Milyonlarla abunəçi nasazlığa görə mobil rabitəsiz qalıb

İsveçin telekommunikasiya avadanlığı istehsalçısı “Ericsson” şirkəti öz proqram təminatının nasazlığına 

10/12/18
“Google” şirkəti “Android” sistemli köhnə smartfonların dəstəklənməsini dayandıracaq

“Google” şirkəti “Android 4. x. Ice Cream Sandwich” əməliyyat sisteminin idarəetməsi ilə işləyən 

10/12/18
“iPhone” sahibləri “Apple” şirkətindən göndərilən spamdan şikayət ediblər

“iPhone” sahibləri “Apple” şirkətini zəhlətökən reklam elanlarının göndərilməsində ittiham edib.

10/12/18
Çin şirkəti “Əşyalar interneti” üçün peyklər şəbəkəsi yaradacaq

Çinin “Commsat” innovativ şirkəti 2022-ci ilədək aşağı yerətrafı orbitdə “Əşyalar interneti” (IoT) 

10/12/18
Planet əhalisinin 50%-dən çoxu internetə çıxış imkanına malikdir

Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) məlumatına görə, 2018-ci ilin sonunda 3,9 milyard nəfər 

10/12/18
Bu ilin 10 ən populyar “Android” smartfonu açıqlanıb

“AnTuTu” şirkəti 2018-ci il üçün “Android” mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyən