12px13px15px17px
Tarix:07/12/17

“Bax, istifadə et, yarat” mobil tətbiqlər müsabiqəsinin qalibləri mükafatlandırılıb

"Bakutel-2017" Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisi çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin 13 noyabr tarixində elan etdiyi "Bax, İstifadə et, Yarat!" adlı mobil tətbiqlərin hazırlanması müsabiqəsininin qalibləri mükafatlandırılıb. 
 
 Müsabiqənin məqsədi data.gov.az portalındakı Açıq Hökumət Məlumatlar əsasında yeni mobil tətbiqlərin hazırlanması, həmin məlumatlardan rahat istifadə, sosial yönümlü və innovativ ideyaların dəstəklənməsi və startap layihələrinin təşviq edilməsi olub.
 
Müsabiqəyə 11 qrup və 8 nəfər fərdi olaraq hazırladıqları maraqlı mobil tətbirlərlə qatılıblar. NRYTN-in Məlumat Hesablama Mərkəzinin və Yüksək Texnologiyalar Parkının, "BestComp Group" və "Microsoft" şirkətlərinin mütəxəssislərindən ibarət münsiflər heyəti iştirakçıların  təqdim etdiyi mobil tətbiqləri qiymətləndiriblər. Həmin tətbiqlər sosial əhəmiyyət, funksionallıq, tamlıq, dizayn və məzmun baxımından dəyərləndirilib.
 
Qeyd edək ki, mobil tətbiqlərin hazırlanmasında daha çox Dövlət Statistika Komitəsi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Kənd Təsərrüfatı, Mədəniyyət və Turizm nazirliklərinin açıq hökumət məlumatlarından istifadə edilib.
 
Münsiflər heyətinin qərarı ilə "Plus Group" komandası – I yer, "The Dev Squad" komandası – II yer, "No Name" komandası – III yerə layiq görülüblər. MHM tərəfindən birinci yerin sahibinə 2000 AZN, ikinci yerin sahibinə 1500 AZN, üçüncü yerin sahibinə isə 1000 AZN pul mükafatı, kuboklar və diplomlar təqdim edilib. Bütün iştirakçılara isə elektron imza sertifikatı hədiyyə olunub.
 
Müsabiqədə iştirak edən bütün tələbələr isə "Microsoft BizSpark" layihəsi çərçivəsində "Microsoft"un masaüstü proqramlarını, server həllərini və bulud imkanlarını əldə ediblər. Yüksək Texnologiyalar Parkı isə 2 layihənin müəllifləri - I və II yer sahiblərinə - 6 ay ərzində inkubasiya mərkəzində ödənişsiz ofisdən istifadə imkanı yaradıb.
 
Tədbirdə iştirak edən qonaqlar ölkəmizdə açıq məlumatlar sənayesinin inkişaf mərhələsinə başladığını, son illər gənclərin bu sahəyə marağının daha da artdığını və bu kimi müsabiqə və layihələrin gəncləri daha da həvəsləndirdiyini vurğulayıblar. Sonda qaliblərlə birlikdə xatirə şəkilləri çəkilib. 














Baxış sayı: 497

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024