12px13px15px17px
Tarix:12/12/17

Partlayışa davamlı planşet təqdim edilib

Yaponiyanın “Panasonic ToughPad” şirkəti təhlükəsiz planşetlərdən ibarət istehsal xəttinə yeni model əlavə edib. Söhbət çətin şəraitdə istifadə üçün nəzərdə tutulmuş “FZ-G1 mk4 ATEX” modelindən gedir.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, yeni planşet 1920x1200 piksel təsvir ölçülü və 800 kandela/kv-lıq parlaqlığa malik 10,1 düymlük sensor ekran, 2.4-3 QHs takt tezlikli “Intel Core i5-6300U vPro” adlı ikinüvəli prosessor və daxili “Intel HD Graphics 520” qrafik sürətləndiricisi, maksimum 8 QB-lıq əməli yaddaşla təchiz edilib və “Windows 10 Pro” əməliyyat sisteminin idarəetməsi altında işləyir.

Cihaz partlayışa davamlı konstruksiyaya malikdir. Xüsusi qoruyucu çexolda və portlar örtülü halda planşet potensial partlayış təhlükəsi olan mühitdə istifadə zamanı qığılcım verməyəcək.

Planşet “UL 1604 Classl”, “Division 2”, “MIL-STD-810G” standartlarına cavab verir. Yeni cihaz “IP65” standartına uyğun olaraq su və tozun təsirinə qarşı dayanıqlıdır, 180 sm-dək hündürlükdən yerə düşməyə tab gətirir, -29-dan +60-dək selsi dərəcədə işləyir.

“Panasonic Toughpad FZ-G1 mk4” planşetinin satışa çıxarılma tarixi və dəyəri hələ məlum deyil.

Emil Hüseynov




Baxış sayı: 458

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024