12px13px15px17px
Tarix:16/12/17

Dünyada ən kiçik mobil qurğu təqdim edilib

"Clubit New Media" şirkəti kiçikölçülü "Zanco Tiny T1" mobil telefonunu təqdim edib. İstehsalçı iddia edir ki, bu, dünyada ən kiçik mobil qurğudur. Kiçik ölçüsünə baxmayaraq, mobil qurğu zəng edə və mesajları göndərə, başqa sözlə, istənilən mobil telefonun standart funksiyalarını yerinə yetirə bilir.

"ICTnews" Elektron Xəbər Xidməti "4pda.ru" saytına istinadən yazır ki, "Zanco Tiny T1" mobil qurğusunun ölçüləri 46,7x21x12 mm təşkil edir. Nano formatlı SİM kart hesabına rabitə əlaqəsi təmin olunur. Telefon 300-dək kontaktı, 50 SMS mesaj və 50 daxil olan/çıxan zəngi yadda saxlamaq imkanına malikdir.

Aparat 12,5 mm-lik diaqonallı OLED ekran və kiçikölçülü klaviatura ilə təchiz edilib. Daxili akkumulyator gözləmə rejimində 3 gün və ya "2G" üzrə 180 dəqiqəlik danışıq üçün kifayət edir.

"Zanco Tiny T1" mobil qurğusunu "Kickstarter" platformasından 30 funta sifariş etmək olar.

Emil Hüseynov






Baxış sayı: 411

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024