12px13px15px17px
Tarix:17/10/11

Yeni poçt şöbələri istifadəyə veriləcək

“Azərpoçt” MMC tərəfindən 18 Oktyabr Dövlət Müstəqilliyinin 20-ci ili münasibətilə ölkənin müxtəlif regionlarında yeni poçt şöbələri istifadəyə verilir.

Müəssisədən verilən məlumatda bildirilir ki, əlamətdar gün münasibətilə hazırlanan tədbirlər planına uyğun olaraq Abşeron Poçt Filialının (PF) Saray 1 poçt şöbəsi (PŞ), Göygöl PF Hacıməlik PŞ, Mollacəlilli PŞ, Tərtər PF İrəvanlı PŞ, Evoğlu Poçt şöbələri ən yeni avadanlıqlarla, mebel dəstləri ilə təmin edilməklə sakinlərin istifadəsinə veriləcək.

Qeyd edək ki, bu gün “Azərpoçt” MMC nəhəng xidmət şəbəkəsinə malik olmaqla 1600 poçt şöbəsi vasitəsilə əhaliyə xidmət göstərir.



Baxış sayı: 975

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Fevral 2020

23 02 2020