12px13px15px17px
Tarix:20/12/17

“Ağıllı” mikroskop qanda bakteriyaları müəyyənləşdirəcək

İsrailin “Beth Israel Deaconess Medical Center” (BIDMC) mərkəzinin mikrobioloqları süni intellekt vasitəsilə qanda patogenləri müəyyənləşdirən “ağıllı” mikroskop yaradıblar. Mikroskopun köməyi ilə əldə edilən şəkillər kompüter təlimi alqoritmi tərəfindən emal olunur.

“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, mikroskop vasitəsilə çəkilən şəkilləri tanıyan yüksək dəqiqlikli neyroşəbəkəyə bakteriyaları daha kontrastlı etmək üçün əvvəlcədən boyaq maddəsi ilə emal olunan və onlara çoxalmağa imkan vermək üçün normal şəraitdə saxlanılan 25 min şəkil nümunəsinin 100 min massiv fraqmenti öyrədilib.

Məlumata görə, neyron şəbəkə bakteriyaları onların xarici görünüşünə görə tanıyır və müəyyənləşdirir. Neyroşəbəkə bakteriyaların formasını və təşkilini nəzərə alaraq bu əlamətlərə görə geniş yayılmış xəstəlik törədən orqanizmləri asanlıqla müəyyənləşdirə bilib. Təlimin sonunda bakteriya növlərinin müəyyənləşdirilməsinin dəqiqliyi 95 faiz təşkil edib.

Bildirilir ki, sonra neyroşəbəkə insanın müdaxiləsi olmadan emal edilən 189 nümunə üzərində sınaqdan keçirilib. Bu halda sistem bakteriya növlərinin 93 faizini düzgün müəyyənləşdirib. Mütəxəssislərin fikrincə, gələcək təlim sistemi etibarlı və tam avtonom diaqnozlaşdırma alətinə çevirəcək.

Qeyd olunur ki, laborantlar adətən bakterial infeksiyalara qan analizinə görə düzgün diaqnoz qoya bilirlər. Süni intellekt insanların iş səmərəliliyini artırmaq üçün cəlb edilməyib. Məsələ ondadır ki, mikrobioloji laboratoriyalarda təcrübəli laborantlara kəskin ehtiyac duyulur və yaxın illərdə yeni kadr axını gözlənilmir. Mütəxəssis çatışmazlığını süni intellekt doldura bilər. Alimlərin qənaətinə görə, bu, xəstələrə kadr böhranının nəticələri ilə üzləşməməyə imkan verəcək.

Qeyd edək ki, hər il bakterial infeksiyalar dünyada minlərlə insanın həyatına son qoyur. Vaxtında qoyulmuş dəqiq diaqnoz onların həyatını xilas edə bilər. Bundan başqa, təlim görmüş neyroşəbəkə öz-özlüyündə yeni mütəxəssislərin öyrədilməsinə imkan verən məlumat bazasına çevrilir. Əlavə olaraq ondan məlumatların təhlili və ümumiləşdirilməsi, eləcə də elmi iş üçün istifadə etmək mümkün olacaq.

Nizam Nuriyev 




Baxış sayı: 86

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Fevral 2020

28/02/20
“HTC” şirkəti yeni ucuz “Wildfire R70” smartfonunu təqdim edib

“HTC” şirkəti “Wildfire R70” smartfonunu təqdim edib.

28/02/20
“Google”un ikimərhələli autentifikasiyasını keçən virus aşkar edilib

“ThreatFabric” kibermüdafiə şirkətinin mütəxəssisləri “Cerberus” bank troyanının yeni versiyasının yayılm

28/02/20
Yeni robot gözdən əlillərə bələdçilik edəcək

“IBM” şirkətinin Yaponiya bölməsi görmə qabiliyyətini itirən insanların hərəkət etməsini asanlaşdıracaq r

28/02/20
Aİ-də vahid sifətin tanınması sistemi yaradılacaq

Avropa İttifaqının hüquq-mühafizə orqanları bütün təşkilat ölkələrini əhatə edən milli polis məlumat baza

27 02 2020

27/02/20
“Samsung” məlumatların mühafizəsi üçün yeni çip təqdim edib

Müasir smartfonların qarşısında ciddi təhlükəsizlik tələbləri qoyulur. Bir çox qurğular məxfi informasiy

27/02/20
Dünyada ən çox yüklənən proqram hansıdır?

“Facebook” şirkətinə məxsus “WhatsApp” messenceri artıq dünyada ən çox yüklənən proqram deyil. “S

27/02/20
“MWC 2020” sərgisinin ən yaxşı smartfonu açıqlanıb

“Mobile World Congress 2020” sərgisinin təşkilatçıları "Ən yaxşı smartfon" nominasiyasında qalibi elan e

27/02/20
“Huawei P40 Lite” smartfonu təqdim edilib

Çinin “Huawei” şirkəti “P40” və “P40 Pro” qabaqcıl smartfonlarının təqdimatından bir ay əvvəl bu istehsal x

27/02/20
Dünyanın ən güclü smartfonunun xüsusiyyətləri açıqlanıb

“Xiaomi Black Shark 3” oyun smartfonu ən sürətli reaksiyaya malik ekranla təchiz ediləcək. Bu barədə Çini

27/02/20
“LG V60 ThinQ 5G” smartfonu təqdim edilib

“MWC 2020” sərgisini buraxmalı olan “LG” şirkəti “LG V60 ThinQ 5G” adlı qabaqcıl smartfonunu Cənubi Ko

27/02/20
“Samsung” smartfonlar üçün rekord tutumlu operativ yaddaşın istehsalına başlayıb

“Samsung” şirkəti 16 giqabayt tutumlu “LPDDR5” yaddaş çiplərinin kütləvi istehsalına başlayıb.

27/02/20
“SpaceX” şirkətinə Marsa uçacaq kosmik gəminin hazırlanması üçün obyektin inşasına icazə verilib

“SpaceX” özəl aerokosmik şirkətinə “Starship” planetlərarası kosmik gəmisinin yaradılması üzrə layihənin

27/02/20
“Nokia” növbəti əfsanəvi telefonun yenilənmiş versiyasını buraxacaq

“Nokia” şirkəti növbəti əfsanəvi telefonun yenilənmiş versiyasını buraxmaq niyyətindədir. Bu barədə Finla