12px13px15px17px
Tarix:21/12/17

“Açıq Hökumət Məlumatları” portalı birinci oldu

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən yaradılan "www.data.gov.az" – "Açıq Hökumət Məlumatları" portalı "MilliNet" (Milli İnternet Mükafatı) müsabiqəsində "Elektron hökumət" nominasiyası üzrə birinci yerə layiq görülüb.
 
Ötən gün keçirilən təqdimat mərasimində bildirilib ki, "Açıq Hökumət Məlumatları" portalında 2016-cı ildə 25 məlumat var idisə, cari ildə onların sayı 650-ni aşıb. Portal sayəsində insanlar onlar üçün faydalı ola biləcək məlumatları rahat əldə edə bilir. Eyni zamanda, portalda dövlət qurumları tərəfindən açıq edilən məlumatlardan faydalanmaqla proqramçılar cəmiyyət üçün faydalı ola biləcək tətbiqlər hazırlayırlar. Məlumat Hesablama Mərkəzi tərəfindən bu yaxınlarda  elan edilən "Bax, İstifadə et, Yarat!" adlı mobil tətbiq müsabiqəsi çərçivəsində sosial əhəmiyyətli, funksional 19  mobil tətbiqin hazırlanması buna əyani misaldır.
Qeyd edək ki, təqdim olunan 3 ən uğurlu mobil tətbiq sahibi mükafatlandırılıb. Sözügedən mobil tətbiqlərin hazırlanmasında daha çox Dövlət Statistika Komitəsi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Kənd Təsərrüfatı, Mədəniyyət və Turizm nazirliklərinin Açıq Hökumət Məlumatlarından istifadə edilib.
 
Bundan əlavə Məlumat Hesablama Mərkəzinin müsabiqəyə təqdim etdiyi "Poçtap" layihəsinin saytı da "Elektron hökumət" nominasiyası üzrə 3-cü yerə layiq görülüb.
 
Xatırladaq ki, "Poçtap" xidməti itirilən sənədlərin axtarışı üçün nəzərdə tutulub. Bu xidmət çərçivəsində tapılmış sənədlər aidiyyəti üzrə poçt müəssisələri tərəfindən qəbul olunur, sahibləri axtarılır, tapıldığı halda sənədlər sahiblərinə, əks təqdirdə aidiyyəti orqana təhvil verilir.
 
Qeyd edək ki, "MilliNet" Azərbaycan İnternet Forumu tərəfindən təsis edilən peşəkar internet mükafatıdır. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmi dəstəyi ilə bu mükafat hər il sosial, mədəni, elmi, iqtisadi, hüquqi və s. sahələrdə fəaliyyət göstərən, Azərbaycan dilində tərtib olunan və fəaliyyət göstərən milli internet resurslarına və internet layihələrinə müsabiqə üsulu ilə təqdim edilir.
 
Bu il 18 nominasiya üzrə qaliblər mükafatlandırılıb. 








Baxış sayı: 157

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






03 İyun 2020

03/06/20
Şotlandiyada “Covid-19” testləri dronlar vasitəsilə çatdırılacaq

Şotlandiyanın Milli Səhiyyə Xidməti (NHS) və Böyük Britaniyanın “Skyports” şirkəti arasında pilotsuz uçan

03/06/20
“iOS” yeniləməsi “iPhone” və “iPad” qurğularını sıradan çıxarıb

“iPhone” və “iPad” qurğularının istifadəçiləri problemlərlə üzləşiblər.

02 06 2020

02/06/20
Avropanın 5 şəhərində sürücüsüz avtobuslar sınaqdan keçiriləcək

1,5 illik planlaşdırmadan sonra “FABULOS” şəhər avtobuslarının hərəkətinin avtomatlaşdırılması

02/06/20
Adil Qəribova və Arif Məmmədova “Şöhrət” ordeni təqdim edilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif

02/06/20
“Zoom” ödənişli tariflə şifrləmə texnologiyası reallaşdırır

“Zoom” video konfransları qeydiyyatdan keçmədən bütün istəyən şəxslərin iştirakı üçün açıla

02/06/20
“ZTE” şirkəti ucuz “5G” smartfonunu təqdim edib

“ZTE” şirkəti “MediaTek Dimensity 800” çipseti ilə təchiz edilmiş ucuz “Axon 11 SE

02/06/20
“Realme Smart TV” modelləri satışa çıxarılır

“Realme” şirkəti bu gün Hindistanda ilk “Realme Smart” televizorlarının satışına başlayır.

02/06/20
“Huawei Mobile WiFi 3” marşrutlayıcısı 16 qoşulmuş qurğunu dəstəkləyir

Çinin telekommunikasiya nəhəngi “Huawei” əsasən səyahətçilər üçün nəzərdə tutulan

02/06/20
Çinin yeni teleskopu UNO axtaracaq

Çin hökumətinin məlumatına görə, onlar sentyabrda yerdən kənar həyatın axtarışlarına başlayacaq. Bu məqsə

02/06/20
Yeni “iPhone” modellərinin istehsalına nə vaxt başlanacaq?

“Apple” şirkəti bu dəfə yeni nəsil “iPhone” smartfonlarını hər il olduğu kimi sentyabrda deyil, oktyabrda

02/06/20
“WhatsApp”da yeni fırıldaqçılıq sxemi aşkarlanıb

“WhatsApp” messencerinin istifadəçilərinə fırıldaqçılara onların hesablarını ələ keçirməyə imkan verən ye