12px13px15px17px
Tarix:22/12/17

“Facebook” fişinq hücumu ilə mübarizə üçün yeni funksiya istifadəyə verib

“Facebook” şirkəti tərəfindən istifadəyə verilmiş yeni təhlükəsizlik funksiyası istifadəçilərin elektron məktublarını fişinq hücumundan müdafiə edəcək.

“ICTnews” Elektron Xəbər Xidməti “securitylab.ru” saytına istinadən yazır ki, “Facebook” sosial şəbəkəsi şübhəli aktivlik və ya parolun dəyişdirilməsini qeydə alarkən “facebookmail.com” domenindən istifadəçilərə elektron məktub göndərməklə onları bu barədə xəbərdar edir. Kibercinayətkarlar tez-tez zərərverici linklərdən ibarət olan və “Facebook”dan göndərilən mesajlar şəklində maskalanmış fişinq məktubları göndərirlər.

İndi istifadəçilər "Daxil olanlar" qovluğundakı mesajın həqiqətən “Facebook” tərəfindən göndərildiyini yoxlaya bilərlər. Bunun üçün "Sazlamalar" –> "Təhlükəsizlik və giriş" –> "Facebook-dan göndərilmiş son məktublara baxmaq" bölmələrini seçmək lazımdır. Beləliklə, son elektron məktubları görmək olar və əgər poçt qutusundakı mesaj siyahıda yoxdursa, demək, o saxtadır.

Əgər siz bu alətdən istifadə edərək qəbul edilmiş məktubun saxta olduğunu aşkar etmisinizsə, bu haqda “phish@facebook[.]com” ünvanına məlumat verməyinizi tövsiyə edirik.

Emil Hüseynov




Baxış sayı: 404

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024