12px13px15px17px
Tarix:23/12/17

Süni intellekt fotoşəkilləri qiymətləndirəcək

“Google” şirkəti fotoşəkillərin keyfiyyətini və estetik dəyərini qiymətləndirən “Neural Image Assessment” (NIMA) süni intellektini təqdim edib. Neyroşəbəkə şəkilləri təsnif edərək onların qiymətləndirilməsini aparır.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, “NIMA” sistemi şəkillərin fotoqrafiya standartları baxımından keyfiyyətini müəyyənləşdirə bilir. Neyron şəbəkəyə şəkilin histoqramını, kompozisiyasını təhlil etmək və “Qızıl bölgü” qaydasına riayət etmək öyrədilib. “NIMA” testin nəticələrinə görə fotoşəkilləri qiymətləndirir və onların ən yaxşısını seçir.
 
Məlumata görə, neyroşəbəkəni fotoşəkilləri qiymətləndirməyi öyrətmək üçün sistemə müsabiqələrin etalon fotoşəkilləri və uğursuz şəkilləri ilə təlim keçirilib. “NIMA” keyfiyyətli fotoların obyektiv xüsusiyyətlərini yadda saxlayıb və bu biliklər əsasında fotoşəkilləri qiymətləndirməyi öyrənib.
 
Bildirilir ki, gələcəkdə texnologiyadan fotoşəkillərin təsnifatı üçün “Google” foto əlavələrində istifadə gözlənilir. Məsələn, sistem uğursuz fotoşəkilləri silə və istifadəçinin vaxtına qənaət edə biləcək.
 
Nizam Nuriyev 




Baxış sayı: 330

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






30 Aprel 2024

29 04 2024