12px13px15px17px
Tarix:25/12/17

Elastik elektronikanın istehsalı üçün “3D” çap texnologiyası hazırlanıb

ABŞ-ın Şimali Karolina Universitetinin alimləri elastik elektronikanın istehsalında xərcləri azaltmağa imkan verən üçölçülü çap texnologiyası hazırlayıblar.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, texnologiya müəllifi İvey Hanın sözlərinə görə, elastik elektronikanın əksər sahələrdə tətbiq edilməsinə baxmayaraq istehsalda böyük xərclər tələb etməsi ondan kommersiya məqsədləri üçün praktiki istifadəyə problemlər yaradır. “Bizim yanaşma xərcləri azaldaraq yüksək təsvir ölçülü sxemlərin yaradılması üçün effektiv vasitələr təklif edəcək”, – o bildirib.  
 
Məlumata görə, elastik qurğuların istehsalında birbaşa çap texnologiyasında tətbiq edilən mövcud istehsal sistemlərinə uyğun metal və substratlardan istifadə olunacaq.
 
Qeyd olunur ki, yeni metod mövcud elektrohidrodinamik çap texnologiyasına əsaslanır. Hazırda texnologiya funksional mürəkkəbdən istifadə edən istehsal proseslərində tətbiq edilir. Lakin elektronikanın yaradılması zamanı mürəkkəb əvəzinə, alimlər Selsi üzrə 60 dərəcəyədək ərimə temperaturuna malik metal ərintilərdən istifadəni planlaşdırırlar.
 
Tədqiqatçıların məlumatına görə, bu şəkildə hazırlanan mikrosxemlər çoxsaylı əyilmələrdən sonra öz xüsusiyyətlərini saxlamaqla elektrik baxımdan stabil qalırlar.
 
Nizam Nuriyev 




Baxış sayı: 323

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Aprel 2024

15 04 2024