12px13px15px17px
Tarix:25/12/17

“Finger Pow” portativ akkumulyatoru smartfonları simsiz enerji ilə doldurur

“Kickstarter” saytında smartfonlar üçün yeni qeyri-adi aksessuar – bir neçə maraqlı xüsusiyyətə malik olmaqla rəqiblərindən seçilən “Finger Pow” kənar portativ akkumulyatoru təqdim olunub. Birincisi, kompakt qurğunu cibə yerləşdirmək olar ki, buna da əksər analoqlarda rast gəlmək qeyri-mümkündür. İkincisi, onun unikal funksiyası smartfonları naqillərdən istifadə etmədən enerji ilə doldurmaq imkanındadır.  

“ICTnews” Elektron Xəbər Xidməti “4 PDA” resursuna istinadən yazır ki, “Finger Pow” bir neçə hissədən – enerjidoldurma stansiyası və dörd mini-blokdan ibarətdir. Onların hər birinə 600 milliamper/saat tutumlu akkumulyator daxildir. Bloklar enerji ilə əsas baza stansiyası vasitəsilə doldurulmaqla ona maqnit çıxışların köməyi ilə qoşulur. Onları, həmçinin bir-birinə birləşdirmək mümkündür. Bununla yanaşı, enerjidoldurma stansiyası 5 min milliamper/saat tutumlu kənar akkumulyator rolunda çıxış edir.

Bildirilir ki, bloklar, həmçinin smartfona “USB Type-C”, “microUSB” və ya “Lightning” çıxışına yerləşdirilən xüsusi maqnit bərkitmələr vasitəsilə qoşulur. Beləliklə, istifadəçinin özü ilə dolaşığa düşən və çox yer tutan kabel daşımasına ehtiyac qalmır.  

“Finger Pow” portativ akkumulyatorunun başlanğıc qiyməti komplektləşdirmədən asılı olaraq 29 dollar təşkil edir.

Nizam Nuriyev






Baxış sayı: 332

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024