12px13px15px17px
Tarix:27/12/17

Orbiti müstəqil dəyişən peyklərin sınaqları keçirilir

Avropa Kosmik Agentliyinin mütəxəssisləri peyklərin korpuslarında quraşdırılan butan mühərriklər vasitəsilə orbiti müstəqil dəyişən kiçik “CubeSat” peyklərinin yeni modelini hazırlayıblar. İlk oxşar “GomX-4B” və “GomX-4A” peyklərinin 2018-ci ilin fevralında buraxılması nəzərdə tutulur.

“ICTnews” Elektron Xəbər Xidməti “Hi-News” resursuna istinadən yazır ki, aparatlar kiçik tədqiqat avadanlığı dəsti və səkkiz kiloqramlıq peyki saniyədə 15 metr sürətlə hərəkətə gətirə bilən kiçik birləşdirilmiş manevr mühərrikləri ilə təchiz edilib. Aparat mühərrikin bir-birinin ardınca və ya cüt-cüt işə salınması sayəsində manevr edə biləcək. Mütəxəssislər qeyd edir ki, onların yanacağı təxminən 1 saatlıq fasiləsiz uçuş üçün kifayət edəcək.

Mühərrikləri hazırlayan “NanoSpace” şirkətinin rəhbəri bildirib ki, yanacaq təzyiq altındadır və kiçik ucluq vasitəsilə çıxır. “Biz maye butandan istifadə edərək uçuş aparatlarının sürətini xeyli artırmağa nail olduq. Qazın maye formasında qazaoxşardan təxminən min dəfə sıx olmasına görə baka bir saatlıq uçuş üçün nəzərdə tutulan butan doldurulub”, - şirkət rəhbəri vurğulayıb.

Məlumata görə, raketdaşıyıcısından ayrılandan sonra “GomX-4B” və “GomX-4A” antenaları bir-birinə tərəf açaraq uzaqlaşmaq və peyklərarası rabitəni yoxlamaq üçün mühərriklərdən istifadə edəcəklər. Gələcəkdə alimlər tərəfindən mühərriklərin müxtəlif iş rejimlərinin sınaqları planlaşdırılır.

Nizam Nuriyev 




Baxış sayı: 304

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024