12px13px15px17px
Tarix:27/12/17

“Facebook” messenceri vasitəsilə yeni virus mayner yayılır

“Facebook” sosial şəbəkəsinə məxsus messencerdə “Digmine” virus mayneri yayan yeni bot peyda olub. Artıq Cənubi Koreya, Vyetnam, Azərbaycan, Ukrayna, Tailand və Venesueladan olan istifadəçilər sözügedən zərərverici proqram təminatının qurbanı olublar.
 
“ICTnews” Elektron Xəbər Xidməti “psm7.com” saytına istinadən yazır ki, “Digmine” virusu “Facebook” messencerinin istənilən versiyasında işləyir, ancaq yalnız “Chrome” brauzeri qurulmuş fərdi kompüterləri yoluxdurur. Bot videoçarx bəhanəsi ilə istifadəçiyə zərərverici skriptə malik icra olunan fayl göndərir. Bu faylı başqa platformalarda (məsələn, smartfonda) işə salarkən virus işləmir.
 
Bundan başqa, “Facebook” hesabı üzrə sazlamalarda avtomatik avtorizasiya aktivləşdirilibsə, onda “Digmine” virusu nəzarəti ələ keçirərək zərərverici faylı bütün dostlara göndərməyə başlayır. Mütəxəssislər bildiriblər ki, hazırda virus maynerin funksionalı bununla məhdudlaşır, ancaq gələcəkdə onun hesablara müdaxilə edəcəyini istisna etmək olmaz. “Digmine” virusu yoluxdurulmuş kompüterləri “Monero” kriptovalyutasının mayninqi üçün istifadə edir.
 
Emil Hüseynov




Baxış sayı: 374

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024