12px13px15px17px
Tarix:06/01/18

“Bosch” şirkətinin süni intellekti avtomobillə təbii dildə ünsiyyət saxlamağa imkan verəcək

Son zamanlar avtomobillərdə səsli köməkçilərin tətbiqi populyarlaşır, ancaq səsli köməkçilərin təkmilləşdirilməsinə ehtiyac var, onlar hələ ki, mükəmməl deyillər. “Bosch” şirkəti çoxdilli səsli idarəetmə sisteminin köməyi ilə bəzi problemləri aradan qaldırmağa çalışır. Şirkət nümayəndələrinin sözlərinə görə, yeni sistem heç bir komandanı yadda saxlamadan avtomobillə təbii dildə ünsiyyət saxlamağa imkan verəcək.

“ICTnews” Elektron Xəbər Xidməti naked-science.ru saytına istinadən yazır ki, belə səsli köməkçilərin əsas problemlərindən biri odur ki, adətən istifadəçilər sözügedən sistemlərin tərəfindən reaksiya verilən çoxsaylı komandanı yadda saxlamalıdırlar. “Bosch” şirkətinin yeni sistemi bu problemin aradan qaldırılması üçün nəzərdə tutulub və sürücü istənilən söz birləşmələri və cümlələrdən istifadə edərək səsli köməkçi ilə qarşılıqlı ünsiyyət qura biləcək.

Şirkətdən bildirilib ki, sistem avtomatik olaraq 30 müxtəlif dili tanıya və danışa bilər, həmçinin 44 qadın və ya 9 kişi səsi ilə cavab verə bilər.

Sözügedən sistem gələn həftə ABŞ-ın Las-Veqas şəhərində keçiriləcək “CES 2018” sərgisində nümayiş etdiriləcək.

Emil Hüseynov






Baxış sayı: 350

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






30 Aprel 2024

29 04 2024