12px13px15px17px
Tarix:09/01/18

“iOS 11.2.2” versiyası təqdim olunub

"Apple" şirkəti "iPhone", "iPod Touch" və "iPad" qurğuları üçün "iOS 11.2.2" versiyasını çıxarıb.

İstənilən şəxs əməliyyat sisteminin yeni versiyasını yükləyə bilər. Bunun üçün qurğuda sazlamalar bölməsinə daxil olmaq, "Əsas" adlı altmenyuya keçmək və "Proqram təminatının yeniləməsi"ni seçmək lazımdır.

"ICTnews" Elektron Xəbər Xidməti "macdigger.ru" saytına istinadən yazır ki, bu yeniləmədə "Safari" brauzeri üçün təhlükəsizlik paketi nəzərdə tutulub. Həmçinin əməliyyat sisteminin yeni versiyası bu yaxınlarda "ARM", "Intel" və "AMD" prosessorlarında aşkar edilmiş "Spectre" boşluğu vasitəsilə "iOS" sistemi ilə işləyən qurğuları müdaxilədən qoruyur.

"Apple" bütün istifadəçilərə yeni versiyanı quraşdırmağı tövsiyə edir, çünki hakerlər prosessorda aşkar edilmiş boşluğa görə "iPhone" və "iPad" sahiblərinin fərdi məlumatlarına müdaxilə edə bilər.

"iOS 11.2.2" versiyası aşağıdakı qurğularda dəstəklənir: "iPhone 5s" və daha sonrakı versiyalar, "iPad Air" və daha yeni, "iPod Touch 6".

Emil Hüseynov




Baxış sayı: 2

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 May 2018

21/05/18
Suda yerləşən ilk dövlət 2022-ci ildə yaradılacaq

ABŞ sərmayədarı və iş adamı, “Pay Pal” ödəniş sisteminin həmtəsisçisi Piter Til tam suda yerləşən 

21/05/18
“Android” sistemli ən populyar smartfon hansıdır?

“Counterpoint Research” analitik şirkəti martın nəticələrinə görə Çinin “Xiaomi” şirkətinin “Redmi 

21/05/18
Yeni virus populyar brauzer istifadəçilərinin bank kartı məlumatlarını oğurlayır

“Proofpoint” şirkətinin təhlükəsizlik sahəsi üzrə ekspertləri “Google Chrome” və digər populyar 

21/05/18
“Boeing” sərnişin təyyarələri qatlanan qanadlardan istifadə edəcək

ABŞ Federal Mülki Aviasiya İdarəsi “Boeing777Х” mülki təyyarələrində qatlanan qanadlardan 

21/05/18
Yeni nanobatareya elektronikanı dərhal enerji ilə dolduracaq

ABŞ-ın Kornell Universitetinin alimlər qrupu elektronikanı bir neçə saniyəyə enerji ilə doldurmağa 

20 05 2018