12px13px15px17px
Tarix:17/10/11

“LG” şirkəti 2 ekranı olan “DoublePlay” smartfonunu elan edib

“LG” şirkəti “DoublePlay” smartfonunu rəsmən təqdim edib. Aparat “Android 2.3” əməliyyat sistemi ilə işləyir və smartfonu hələ ki yalnız “T-Mobile” operatorunun salonlarında almaq olar.

“LG DoublePlay” modeli üfiqi slayder form-faktorunda hazırlanıb və 2 sensor ekranla təchiz edilib. Əsas ekranın diaqonalı 3,5 düym təşkil edir, əlavə ekranın diaqonalı 2 düymdür. Köməkçi ekran “QWERTY” klaviaturanı 2 hissəyə bölür. İkinci ekran əsas ekran ilə əlaqədə və ya məşhur proqramlara sürətli giriş üçün ayrı kimi istifadə oluna bilər.

Smartfon 1 QHz takt tezlikli “Qualcomm” prosessoru və “720p” kəskinlikdə videonu yazmaq imkanı olan 5 meqapiksel kamera ilə təchiz edilib. Koreya istehsalçısı “DoublePlay” smartfonunun dəyərini və onun satışlarının başlanğıc tarixini bildirməyib.



Baxış sayı: 1008

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024