12px13px15px17px
Tarix:10/01/18

“İnformasiya cəmiyyətinin təməli: Gənclər və Elektron Hökumət” layihəsi davam edir

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilati dəstəyi və Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Elektron Hökumət Təlim-Tədris Mərkəzinin və Tələbələrin İqtisadiyyat və Menecmentlik üzrə Assosiasiyasının birgə təşkilatçılığı ilə "İnformasiya Cəmiyyətinin Təməli: Gənclər və Elektron Hökumət" layihəsi davam etdirilir.

Layihə çərçivəsində növbəti təlimlərə İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin dəstəyi ilə 15 yanvardan etibarən start veriləcək. İlk təlim Elektron Hökumət Təlim-Tədris Mərkəzində  yanvarın 15-i saat 11:00-da baş tutacaq. Təlimlər ölkənin 4 regionunu (Mingəçevir, Qazax, Göyçay və Şəki) əhatə edəcək. Təlimlərin keçirilməsində əsas məqsəd gənc sahibkarlar, gənclər təşkilatları və fərdi gənclərin ən çox istifadə etdiyi elektron xidmətlər üzrə biliklərinin artırılmasıdır.

Təlimlər 3 gündən ibarət olub 6 mövzunu əhatə edəcək:

www.e-gov.az portalı haqqında giriş;
–     E-imza istifadəsinin texniki və hüquqi aspektləri;
–     Məcburi dövlət sosial sığortası hesabatların təqdim edilməsi e-xidməti;
–     Vergilər sahəsi üzrə e-xidmətlər;
– Statistika üzrə e-xidmətlər;
–     Gömrük bəyannamələrinin və hesabatların yerinə yetirilməsi üzrə e-xidmətlər.


Bütün təlimlərdə iştirak edən şəxslərə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sertifikatları təqdim olunacaq.

Təlimlərdə iştirak etmək istəyən gənclər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər:

https://goo.gl/fiyGec

Ətraflı məlumat üçün aşağıdakı vasitələrlə bizimlə əlaqə saxlaya bilərsiniz:

info@e-training.az

(012) 505 01 13; (077) 505 01 13




Baxış sayı: 617

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024