12px13px15px17px
Tarix:11/01/18

Batareyasız işləyən simsiz “maus” təqdim edilib

Oyun aksessuarı onu enerji ilə dolduran xüsusi kiçik “xalça” ilə birgə işləyir.

Oyun aksessuarlarının buraxılışı üzrə ixtisaslaşmış “Razer” şirkəti “CES 2018” sərgisində batareyasız işləyən simsiz “maus” təqdim edib. Oyun cihazı istifadə zamanı kiçik “xalça” vasitəsilə enerji toplayır.

“ICTnews” Elektron Xəbər Xidməti “life.ru” saytına istinadən yazır ki, şirkət “Razer Mamba HyperFlux” adlı “maus”un buraxılışı üçün patentlənmiş  “HyperFlux” texnologiyasından istifadə edib. Bu texnologiya sayəsində “maus” şəbəkəyə qoşulmuş xüsusi kiçik “xalça” üzərində yerləşərkən enerji toplayır. Enerjinin doldurulması prinsipi induksiya metoduna oxşardır, “maus” kiçik “xalça” ilə kontakt olmadan işləmir.

Oyun aksessuarı enerjinin sabit qəbulu və siqnalın kompüterə ötürülməsinə nəzarət edən “Adaptive Frequency Technology Razer” adlı sensorla təchiz edilib. “Razer Mamba HyperFlux” “maus”unun qiyməti 249 dollar təşkil edir.

Emil Hüseynov




Baxış sayı: 315

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024