12px13px15px17px
Tarix:11/01/18

“Ağıllı” velosiped kaskası musiqi dinləməyə imkan verəcək

"COROS" startapı "CES 2018" sərgisində velosipedçilərə musiqi dinləyərək idarəetmədən yayınmamağa imkan verən "COROS Omni" "ağıllı" velosiped kaskasını təqdim edib.

"ICTnews" Elektron Xəbər Xidməti "Life" resursuna istinadən yazır ki, qurğu musiqini qulaqlar vasitəsilə deyil, sümük keçiriciliyinin köməyi ilə səsləndirən xüsusi qulaqcıqlarla təchiz edilib. Xüsusi ötürücülər sümüklər vasitəsilə beyinə ötürülən impulslar yaradırlar. Velosipedçinin qulaqları qulaqcıqlardan azad olunur ki, bu da ona yolda baş verənləri eşitməyə imkan verir. Quraşdırılmış akkumulyator pleyer və ya smartfonla "Bluetooth" ilə birləşdirilən qulaqcıqların 8 saat işləməsi üçün kifayət edir.

Bundan başqa, kaska başlıca vəzifəsini yerinə yetirir – istifadəçinin başını velosipeddən yıxılma zamanı fiziki təsirlərdən qoruyur.

Qiyməti 199 dollar təşkil edəcək "COROS Omni" kaskasının yazın əvvəlində satışa çıxarılacağı gözlənilir.

Nizam Nuriyev 




Baxış sayı: 404

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024