12px13px15px17px
Tarix:11/01/18

Avtomobil istehsalı sahəsində yeni texnologiyaların inkişafı üçün vençur fondu yaradılıb

Yaponiyanın “Nissan” və “Mitsubishi” avtomobil konsernlərinin və Fransanın “Renault” şirkətinin daxil olduğu alyans avtomobil istehsalı sahəsində yeni texnologiyaların inkişafı üçün 1 milyard dollar həcmində vençur fond yaradıb. Bu barədə tərəflərin yaydığı birgə bəyanatda deyilir.

“ICTnews” Elektron Xəbər Xidməti “TASS” resursuna istinadən yazır ki, alyansın Direktorlar Şurasının sədri Karlos Qon bildirib ki, açıq innovativ yanaşma texnoloji startap və sahibkarlarla əməkdaşlığa, eləcə də onlara investisiya qoyuluşuna imkan verəcək. “Öz növbəsində onlar qlobal alyansla əməkdaşlıqdan faydalana biləcəklər”, - o qeyd edib.

Fondun başlıca vəzifəsi avtonom idarəetmə texnologiyalarının və təhlükəsizlik sistemlərinin (o cümlədən süni intellektin tətbiqi) inkişafına kömək etməkdən ibarət olacaq. Fondun 5 il fəaliyyət göstərəcəyi nəzərdə tutulur. 2018-ci ildə investisiyalara təxminən 200 milyon dolların xərclənməsi planlaşdırılır.

Maliyyələşdiriləcək ilk müəssisə ABŞ-ın akkumulyator batareyalarının istehsalı üçün komponentlərin hazırlanmasında ixtisaslaşan “Ionic Materials” şirkəti olacaq.

Fondun maliyyələşdirilməsi alyansa üzv bütün şirkətlər tərəfindən həyata keçiriləcək. “Nissan” və “Renault” şirkətlərinin payı 80 faiz, “Mitsubishi” şirkətinin isə 20 faiz təşkil edəcək.

Yaponiya-Fransa Alyansı dünyada satış həcminə görə Almaniyanın “Volkswagen” konserni və Yaponiyanın “Toyota” şirkətindən geri qalmaqla üçüncü yeri tutur. Alyansın illik istehsal gücü təxminən 10 milyon avtomobil təşkil edir.

Nizam Nuriyev 




Baxış sayı: 98

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 May 2020

27 05 2020