12px13px15px17px
Tarix:16/06/11

“Acer” Avropada 300 əməkdaşını ixtisar edəcək

Ən böyük kompyuter istehsalçılarından biri, Tayvanın “Acer” şirkəti Avropa üzrə şirkətin təxminən 300 əməkdaşını ixtisar edəcəyi barədə bəyanat yayıb. “Acer” bu addımını şirkətə dəyən zərər və Avropa iqtisadiyyatında son illər qeydə alınan zəif göstəricilərlə əlaqələndirib.
Eyni zamanda, şirkət internet-planşetlərin satışları üzrə öz proqnozunu təkrar gözdən keçirməli olub. Sonda şirkət bu bazarın həddindən artıq rəqabətli olduğunu və bazarın liderləri – “Apple” və “Samsunq” ilə rəqabət aparmağın getdikcə daha da çətinləşdiyini bildirib.
"300 əməkdaşın planlaşdırılan ixtisarı bir neçə ay ərzində həyata keçiriləcək" - bu gün “Acer”in rəhbəri Cey Ti Vonq Taybeydə şirkət səhmdarlarının illik yığıncağında bildirib. Vonq qeyd edib ki, “Acer” zəif maliyyə nəticələrinə görə rəhbərlərin və Direktorlar Şurası üzvlərinin bonus ölçülərini azaldacaq.
İndi Vonq bildirib ki,”Acer” 2011-ci il üçün proqnozlaşdırdığı 5-7 milyon planşet əvəzinə 2,5-3 milyon planşet satmağı planlaşdırıb.



Baxış sayı: 2027

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024