12px13px15px17px
Tarix:18/10/11

BlackBerry” sahibləri kompensasiya kimi pulsuz oyun əldə edəcəklər

“RİM” şirkəti xidmətindəki nasazlıqla bağlı kompensasiya kimi zərərçəkmiş istifadəçilərə pulsuz olaraq proqramlar verəcək.

“Blackberry” smartfon sahibləri 100 dollar dəyərində 12 proqramdan ibarət paketi pulsuz əldə edəcəklər. Proqramları 2011-ci il oktyabr ayının 19-dan dekabr ayının 31-nə kimi yükləmək olar.

“BlackBerry” sahibləri “SİMS 3”, “Bejeweled”, “N.O.V.A.”, “Texas Hold'em Poker 2” və “Bubble Bash 2” oyunlarını, “İce Cold Apps”-dan fotoredaktor “Photo Editor Ultimate”, “iSpeech.org”-dan bir neçə proqram, “Vlingo Plus” səs köməkçisini əldə edəcəklər. Bundan başqa, istehsalçı korporativ müştərilərə pulsuz olaraq 1 ay müddətində texniki dəstək göstərəcək.

Kanada şirkətinin rəhbərlərindən biri Mayk Lazarids yenə də nasazlıqdan zərərçəkmiş istifadəçilərdən üzr istəyib və onların etibarını yenidən qazanmaq üçün bütün güclərini sərf edəcəyinə söz verib.



Baxış sayı: 609

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






04 May 2024

03 05 2024