12px13px15px17px
Tarix:17/01/18

“Google” proqram təminatı “Wi-Fi” bağlantısında problemlər yaradır

“Google” şirkətinin bir sıra aparat və proqram məhsulları, o cümlədən “Google Home” “Wi-Fi” bağlantısında problemlər yarada bilər. Bu barədə “TP-Link” şirkətinin məlumatında deyilir. Şirkət məlumatı “Archer C1200” marşrutlayıcı istifadəçilərinin marşrutlayıcılarda şəbəkəyə qoşulmada nasazlıqlarla bağlı şikayətlərindən sonra yayıb.

“ICTnews” Elektron Xəbər Xidməti “SecurityLab” resursuna istinadən yazır ki, “TP-Link” şirkəti nümayəndələrinin sözlərinə görə, problemi öyrənən şirkət mühəndisləri belə qənaətə gəliblər ki, nasazlıqlar “Android” əməliyyat sisteminin son versiyalarında və digər “Google” proqram təminatında quraşdırılan “Cast” funksiyası ilə əlaqədardır. Funksiya “MDNS” paketlərinin müəyyən vaxt intervalı ilə göndərilməsi vasitəsilə “Google” şirkətinin “Google Home” kimi məhsulları ilə fasiləsiz əlaqə yaratmağa imkan verir.

Ekspertlər izah edib ki, adətən belə paketlər 20 saniyədə bir dəfə göndərilir, lakin müəyyən vəziyyətlərdə qurğular qısa vaxt ərzində yüksək sürətlə çoxsaylı paketlər göndərməyə başlaya bilərlər. Məsələn, bu, qurğu “yuxu” rejimindən çıxarılan halda baş verə bilər. Bununla yanaşı, qurğu həmin rejimdə nə qədər çox olsa, bir o qədər çox paket sayı göndərəcək.
 
Problem təkcə “TP-Link” marşrutlayıcılarına aid deyil. “ASUS”, “Linksys”, “Netgear”, “TP-Link” və “Synology” istifadəçiləri də bağlantıda “Cast” funksiyası ilə əlaqədar nasazlıqlar barədə məlumat veriblər.

Nasazlıqların aradan qaldırılması üçün istifadəçilər marşrutlayıcını yenidən yükləyə və ya “Android” sistemli qurğuda “Cast” funksiyasını söndürə bilərlər. “Archer C1200” marşrutlayıcı istifadəçiləri də proqram təminatının problemi aradan qaldıran yenilənməsini yükləyə bilərlər.

Nizam Nuriyev 




Baxış sayı: 343

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024