12px13px15px17px
Tarix:17/01/18

Elektron tullantılar qızıl-zinət əşyalarına çevriləcək

“Dell” şirkəti ana plataların hazırlanması üçün elektron tullantılardan qızıl emalı üzrə proqramın icrasına başlayıb. Qiymətli metaldan emal edilərək düzəldilən ilk mikrosxemlərlə “2-si 1 Latitude 12” tipli qurğular təchiz ediləcək.

“ICTnews” Elektron Xəbər Xidməti “ Vesti” resursuna istinadən yazır ki, şirkət nümayəndələrinin sözlərinə görə, hazırda elektron tullantıların yalnız 12,5 faizi emal edilərək yeni məhsula çevrilir. Məlum olub ki, hər il amerikalılar təxmini dəyəri 60 milyon dollara bərabər qızıl və gümüşün olduğu lazımsız telefonları çölə atırlar. “Bu rəqəm yeni məhsulların istehsalı üçün işlənmiş elektronikadan qiymətli metalların emalı üzrə proqramların məqsədəuyğunluğunu və potensialını açıq-aydın nümayiş etdirir”, - şirkətdən bildirilib.

Məlumata görə, “Dell” şirkəti 2020-ci ilin sonunadək 45,4 min ton tullantı emal etmək niyyətindədir. Platalarla yanaşı, işlənmiş “Dell” elektronikasından  qızıl-zinət məmulatlarında istifadə ediləcək. Şirkət artıq “Bayou with Love” şirkətinin işlənmiş ana platalardan əldə olunan qızıldan düzəldilən “The Circular Collection” qızıl bəzək kolleksiyasını təqdim edən aktrisa Nikki Ridlə əməkdaşlığa başlayıb.   

Nizam Nuriyev
 





Baxış sayı: 374

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024