12px13px15px17px
Tarix:18/10/11

Daha bir neçə rayonda telefon danışıq haqları bankomatlarda plastik kartlar vasitəsi ilə ödəniləcək

”Aztelekom” İB daha bir neçə rayonda şəhərlərarası və beynəlxalq danışıqlara görə borcların bankomatlarda plastik kartlar vasitəsi ilə ödənilməsi layihəsini reallaşdırmaq istəyir. Birlikdən verilən məlumata görə, bu istiqamətdə monitorinqlər aparılır.

Gələcəkdə “Azərpoçt”MMC tərəfindən bütün regionlarda, hətta kəndlərdə belə bankomatların qurulması layihəsinin reallaşması plastik kartlarla telefon haqlarının ödənilməsinin bütün bölgələri əhatə edəcəyindən xəbər verir. Hələlik birlik Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Şirvan şəhərlərində, Abşeron, Şəki, Göyçay, Quba, Xaçmaz, Yevlax, Şəmkir rayonlarında yeniliyi tətbiq edib.

Qeyd edək ki, bu xidmətin tətbiqi məqsədilə “Aztelekom” İB, Məlumat Hesablama Mərkəzi, “Azərikart” MMC-nin və müvafiq banklarla razılaşma protokolu imzalanıb.

Xatırladaq ki, plastik kart vasitəsi ilə ödəniş sisteminin Bakı şəhərində tətbiqinə 2006-cı ilin yanvarından başlanılmış və hal-hazırda proses müvəffəqiyyətlə həyata keçirilir.



Baxış sayı: 1258

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024