12px13px15px17px
Tarix:16/06/11

Yaponiyada nəhəng innovasiyalı qlobus yaradılıb (VIDEO)

Bu günlərdə Tokioda (Yaponiya) Elmin və İnnovasiyaların İnkişafı Milli Muzeyində dünyada ilk böyük diametrli OLED-qlobusun təqdimatı olub. br>Geo-Cosmos adlandırılan konstruksiya “Mitsubishi Electric” şirkəti tərəfindən yaradılıb. O, 18 m hündürlükdə asılmış alüminium kürədir. Geo-Cosmos-un diametri 6m təşkil edir və onun səthi orqanik işıq buraxan diodlar (OLED) əsasında 10 362 panel ilə örtülüb ki, hər birinin ölçüsü 96×96 millimetrdir.
Kürədə buludların təsvirləri meteoroloji peyklərdən hər gün alınan informasiyanı əks etdirir. Qlobusda Dünya okeanındakı dəyişikliklərə aid olan məlumatlar, temperatur və Yer kürəsinin vəziyyəti ilə bağlı digər parametrlər əks edilir. Geo-Cosmos-un köməyi ilə bizim planetimizin gələcəkdə necə görünəcəyinin cari təsvirini müşahidə etmək olar.
Qlobusun yeni modeli təxminən daha yüksək kəskinliyi - 10 milyon pikseldən yuxarı təmin edib. Geo-Cosmos-un quraşdırılması Tokio muzeyinin 10 illiyi ilə bağlıdır.






Baxış sayı: 3418

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024