12px13px15px17px
Tarix:23/01/18

Bu il dünyada mikroelektronika komponentlərinin satışı 7,5 faiz artacaq

“Gartner” analitik şirkəti 2018-ci ildə dünyada mikroelektronika komponentlərinin satış həcminin 2017-ci illə müqayisədə 7,5 faiz artaraq 451 milyard dollar təşkil edəcəyini proqnozlaşdırır.

“ICTnews” Elektron Xəbər Xidməti “Computerworld” resursuna istinadən yazır ki, ötən ilin oktyabrında cari il üçün analitiklər tərəfindən 4 faiz artım proqnozlaşdırılıb. Analitiklərin sözlərinə görə, mikroelektronika istehsalçılarının gəlirləri “DRAM” və “NAND” yaddaş mikrosxemləri bazarında yaranan vəziyyət sayəsində artmaqda davam edir. Lakin məhz həmin amillər qiymətləri bahalaşdıracaq smartfon, fərdi kompüter və server istehsalçılarının gəlirlərinə mənfi təsir göstərir.

İlin yekunları üzrə bazarda artım gözlənilsə də, analitiklər hesab edir ki, birinci rübdə satış həcmi ötən rüblə müqayisədə bir qədər azalacaq, ikinci və üçüncü rübdə artım qeydə alınacaq, dördüncü rübdə isə növbəti azalma müşahidə ediləcək.

Bildirilir ki, prosessorlarda aşkarlanan boşluqlar proqram və əməliyyat sistemi yeniləmələri ilə aradan qaldırılır, lakin onlar sistemlərin məhsuldarlığını aşağı salır. Analitiklərin fikrincə, bu səbəbdən yaxın vaxtlarda yüksək məhsuldarlığa malik server prosessorlarına tələbatın artacağına baxmayaraq əvvəlki səviyyəyə prosessor arxitekturalarında düzəlişlərdən sonra qayıdacaq. Daha bir vacib komponent sinfi xüsusiləşmiş standartlaşdırılmış məhsullardır (application-specific standard products, ASSP). Onlara tələbat oyun videokartlarının satışının və avtomobil və simli rabitə əlavələri bazarının həcminin artması sayəsində yüksəlir.

Nizam Nuriyev 




Baxış sayı: 360

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024