12px13px15px17px
Tarix:25/01/18

“Samsung” 25 fevralda “Galaxy S9” və “S9+” smartfonlarını təqdim edəcək

“Samsung” şirkətinin istehsalı olan yeni nəsil smartfonların təqdimat və çıxarılış tarixi dəqiq məlum olub.

“ICTnews” Elektron Xəbər Xidməti “life.ru” saytına istinadən yazır ki, “Samsung” şirkəti “Galaxy S9” və “S9+” qabaqcıl smartfonlarını 25 fevral tarixində, Barselonada keçiriləcək “Mobile World Congress 2018” sərgisinin açılışından bir gün əvvəl təqdim edəcək.

Bundan başqa, qurğuların kameraları təkmilləşdirilib. Bundan əvvəl mətbuatda bildirilirdi ki, sözügedən smartfonlar peşəkar parametrlərə malik obyektivlərlə təchiz ediləcək.

Həmçinin məlumdur ki, smartfonlar şüşə korpus, 5,8 və 6,22 düymlük AMOLED displeylərlə təchiz ediləcək. Ən yeni “Exynos 9810” prosessoru aparatların məhsuldarlığını təmin edəcək.

Emil Hüseynov




Baxış sayı: 338

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024