12px13px15px17px
Tarix:25/01/18

“Baktelecom” paytaxtda genişzolaqlı şəbəkənin əhatə dairəsini genişləndirir

"Bakı Telefon Rabitəsi" MMC ("Baktelecom") telekommunikasiya infrastrukturunun müasirləşdirilməsi və  xidmət çeşidinin genişləndirilməsi istiqamətində bir sıra layihələr həyata keçirir.  
 
"Baktelecom" tərəfindən son nəsil simsiz rabitə (LTE) texnologiyasının tətbiqi zəif infrastrukturlu ərazilərdə telekommunikasiya xidmətlərinin təmin edilməsinə imkan yaradır. Belə ki, 100 mb/s məlumat ötürmə sürətinə malik olan LTE ən perspektivli simsiz texnologiyalardan biri hesab olunur. Artıq Bakının 2 ərazisində bu texnologiya pilot layihə şəklində uğurla həyata keçirilir. Paytaxt ətrafı kənd və yaşayış massivlərində də yeni stansiyalar qurulur. Beləliklə, cari ilin mart ayından rabitə infrastrukturunun məhdud olduğu ərazilərin sakinləri internet və digər rabitə xidmətləri ilə təmin olunacaqlar.

Digər layihə istifadəçiləri yüksəksürətli internetlə təmin etmək imkanı yaradan GPON texnologiyasının tətbiqidir.  "Baktelecom" genişzolaqlı şəbəkənin əhatə dairəsini genişləndirmək məqsədilə bu texnologiya ilə 30 minə yaxın mənzildə müvafiq infrastruktur yaradıb, 5000-ə yaxın mənzil isə GPON texnologiyası əsasında  rabitə xidmətləri ilə təmin olunub.

Müasir texnologiyaların tətbiqi istiqamətində görülən işlər əhaliyə fasiləsiz və dayanıqlı telekommunikasiya xidmətlərinin göstərilməsini mümkün edəcək.




Baxış sayı: 751

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Aprel 2018

21/04/18
Bakıda Şərq Tərəfdaşlığına üzv ölkələrin telekommunikasiya üzrə iki iclası keçirilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) tərəfindən Avropa Komissiyasının dəstəyi ilə 

21/04/18
Süni xal xərçəng xəstəliyi barədə xəbərdarlıq edəcək

İsveçrə alimləri xərçəng xəstəliyinin dörd ən geniş yayılmış növünün (prostat vəzi, süd vəzi, ağciyər 

21/04/18
Milyonlarla mobil proqram istifadəçilərin məlumatlarını təhlükə altına qoyur

"Kasperski Laboratoriyası" antivirus şirkəti tərəfindən keçirilmiş araşdırma nəticəsində məlum olub ki, 

21/04/18
Yeni texnologiya insanın üçölçülü modelini yaradır

Almaniya alimlərinin yeni texnologiyası virtual məkan üçün insanların üçölçülü modellərini yaratmağ

20 04 2018

20/04/18
“Oxy Generator” layihəsi “İdeyadan biznesə” startap turunun Mingəçevir üzrə qalibi oldu

Startap hərəkatının genişləndirilməsinə və vətəndaşların innovativ ideyalarının reallaşdırılmasına dəstək 

20/04/18
“Google” yeni “Chat” hazırlayır və “Allo” messenceri üzərində işləri dayandırır

“Google” şirkəti öz messencerləri ilə bağlı qarma-qarışıqlığı aradan qaldırmaq üçün növbəti dəfə təşəbbüs

20/04/18
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Milli Nüvə Tədqiqatları Mərkəzində olub

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Yukiya Amano Azərbaycan Respublikasına rəsmi 

20/04/18
Robot aşpaz mətbəxdə insanı əvəzləyəcək

Yaponiyanın “Sony” şirkəti və ABŞ-ın Karnegi-Mellon Universitetinin mütəxəssisləri mətbəxdə 

20/04/18
“Facebook” öz prosessorlarını yaradır

“Facebook” sosial şəbəkəsi öz prosessorunu hazırlamaq üçün komanda formalaşdırmağa başlayıb. Bu haqda 

20/04/18
SİM-kartlardan qızıl hasil ediləcək

ABŞ-ın “Sandia National Laboratories” laboratoriyasının əməkdaşları elektron komponentlərdən 

20/04/18
Göydələnlərin inşası üçün platforma yaradılıb

Çin mühəndisləri işçilərə hündürmərtəbəli binalar tikməyə kömək edən divardan asılan platforma 

20/04/18
“Honor” brendinə məxsus qabaqcıl smartfon və ultrabuk təqdim edilib

“Huawei” şirkəti “Honor” brendinə məxsus iki yeni qurğusunu (qabaqcıl smartfon və ultrabuk) təqdim edib.