12px13px15px17px
Tarix:26/01/18

"Kasperski Laboratoriyası" həqiqi pulları və kriptovalyutanı oğurlayan virus aşkar edib

"Kasperski Laboratoriyası" “Mezzo” adlı yeni virusun yayılması haqda məlumat verib. Hakerlər sözügedən virusun köməyi ilə ənənəvi və kriptovalyuta şəklində olan pul vasitələrini oğurlaya bilərlər.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, şirkətin ekspertlərinin məlumatına görə, troyan proqramı mühasibat və bank sistemləri arasında mübadilə fayllarında rekvizitləri dəyişdirir və  yoluxdurulmuş kompüterdən toplanılmış informasiyanı hakerlərin serverinə göndərir.

“Mezzo” troyan proqramı tərəfindən qurğuya təyin edilən unikal identifikator sayəsində hakerlərin serverində parolla qorunan qovluq yaradılır və qurbanın oğurlanmış faylları bu qovluğa əlavə edilir.

"Kasperski Laboratoriyası"nın ekspertləri qeyd ediblər ki, “Mezzo” kriptovalyutalar ovuna çıxan “CryptoShuffler” adlı digər troyan proqramı ilə əlaqəlidir. Ekspertlər aşkar ediblər ki, “Mezzo” və “CryptoShuffler” yükləməsini təmin edən “AlinaBot” proqramlarının kodu son sətrinədək  eynidir.

Emil Hüseynov




Baxış sayı: 377

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024