12px13px15px17px
Tarix:26/01/18

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə növbəti dəfə vətəndaşlarla görüşüb

Bu gün nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Xırdalan şəhərində vətəndaşlarla görüşüb.
 
Xırdalan, Abşeron, Qubadlı, Şuşa, Zəngilan rayonlarının və Sumqayıt şəhərindən olan sakinlərin iştirak etdiyi qəbulda vətəndaşların telekommunikasiya, internet, poçt xidmətləri, yol təmir-tikintisi, yeni marşrut xəttinin açılması, marşrut qrafiklərində dəyişiklik edilməsi, işə qəbul kimi məsələlərlə bağlı müraciətləri dinlənilib və əksər məsələlər yerində həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.
 
Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
 
Regiona səfəri çərçivəsində Ramin Quluzadə aidiyyəti rayonların telekommunikasiya qovşaqları, poçt filialları, eləcə də, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin regional bölmələrinin və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə müşavirə keçirib.
 
Sektor üzrə mövcud durum, çatışmazlıqlar, nöqsanlar, vətəndaş şikayətləri üzrə geniş müzakirələrin aparıldığı müşavirədə həyata keçirilən islahatların vətəndaş məmnunluğu və xidmət keyfiyyətinin yüksəldilməsinə yönəldiyi diqqətə çatdırılıb.
 
Toplantıda nazir müvafiq sahə rəhbərlərinə hər bir vətəndaş müraciətinin operativ araşdırılması və qanunvericiliyə uyğun həll edilməsi haqqında tapşırıqlar verib.












Baxış sayı: 28

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Avqust 2018

20 08 2018

20/08/18
Avropa İttifaqı sosial şəbəkələrdə məzmunun silinməsi qaydalarını sərtləşdirib

Avropa İttifaqı terrorizmi dəstək xarakterli məzmunun silinməsi qaydalarını sərtləşdirməyi planlaşdırır. 

20/08/18
“Samsung Galaxy S10” smartfonu “MWC 2019” sərgisində təqdim ediləcək

“Samsung” şirkətinin mobil bölməsinin rəhbəri Ko Don Cin “Galaxy S10” smartfonunun 2019-cu ilin 

20/08/18
Pentaqon yeni anonim messencer hazırlayır

ABŞ Müdafiə Nazirliyinin Perspektiv Tədqiqat Layihələri Agentliyi anonim və təhlükəsiz mobil messencerin 

20/08/18
“Alcatel HH40V” qurğusu dünyanın istənilən nöqtəsindən internetə qoşulmağa imkan verəcək

“Alcatel” şirkəti dünyanın istənilən nöqtəsindən internetə sürətli qoşulma üçün “HH40V” portat

20/08/18
Dünyada ilk dəfə internetə çıxışı olmayan telefonların satış həcmi yüksəlib

Yalnız zəng edən və zəngləri qəbul edən mobil telefonların satış həcmi ilk dəfə ötən il 5% yüksəlib.

20/08/18
Keramika üçün ilk dördölçülü çap texnologiyası hazırlanıb

Honkonq (Çin) Şəhər Universitetinin tədqiqatçılar qrupu çapdan sonra mürəkkəb formalar alan dünyanın