12px13px15px17px
Tarix:26/01/18

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində “Lightest” - “qlobal etibarlılıq” layihəsinin təqdimatı keçirilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (NRYTN) Avropanın tətbiq və proqramlar üzrə ixtisaslaşan ən böyük tədqiqat təşkilatı “Fraunhofer”in reallaşdırdığı “Lightest” - “qlobal etibarlılıq” layihəsinin təqdimatı keçirilib. NRYTN-in təşəbbüsü ilə təşkil olunan təqdimatda nazirliyin tabeli qurumlarının nümayəndələri iştirak ediblər.

Tədbirdə ölkəmizdə “elektron hökumət” quruculuğu sahəsində aparılan işlər, o cümlədən dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması, şəffaflığın təmin edilməsi sahəsində elektron xidmətlərin və elektron imza infrastrukturunun rolu barədə və bu sahəyə dövlətin diqqətindən bəhs edilib.

Dövlət idarəçiliyində müasir texnologiyaların tətbiqinin genişləndirilməsi, “Elektron hökumət”, “Elektron imza” kimi layihələrdə Azərbaycanın qazandığı uğurlardan danışılıb və bu sahədə qazanılan təcrübənin digər ölkələr üçün örnək ola biləcəyi diqqətə çatdırılıb. Digər ölkələrin bu sahədəki təcrübəsindən yararlanmaq üçün qabaqcıl ölkələrlə əməkdaşlığın önəmi vurğulanıb. Bu baxımdan “Lightest” -  “qlobal etibarlılıq” layihəsinin də əhəmiyyətli ola biləcəyi qeyd edilib.

Daha sonra Almaniyanın Fraunhofer Sənaye Mühəndisliyi üzrə Tədqiqat İnstitutunun doktoru, “Lightest” layihəsinin koordinatoru Heiko Rossnaqel və həmin layihənin beynəlxalq forum rəhbəri Raşel Sellunq tərəfindən layihənin təqdimatı keçirilib.

Qlobal layihəyə artan marağı vurğulayan layihə koordinatoru bildirib ki, hazırda  “Lightest”in icrasında 9 ölkədən – Avstriya, Belçika, Danimarka, Finlandiya, Almaniya, İspaniya, Niderland, Böyük Britaniya, Türkiyədən 14 tərəfdaş iştirak edir. Qeyd edilib ki, qlobal elektron münasibətlərin qurulmasında əsas məsələlərdən biri qarşı tərəfin dəqiq müəyyən olunmasıdır. “Lightest” də bu prosesdə kimliyi müəyyənləşdirən vasitə – elektron imzanın etibarlılığını, dolayısıyla da elektron imza təminatçısı Sertifikat Xidmətləri Mərkəzinin etibarlılığını təsdiqləyəcək etimad zəncirini yaradan infrastrukturdur.

“Lightest” layihəsi elektron tranzaksiyalar zamanı saxta kimlikləri müəyyən etməyə kömək edən həll təmin edir. Bu həll müxtəlif tətbiqlərin istifadə olunduğu platformalarda elektron imzanın təsdiqindən tutmuş, Elektron Satınalma, Elektron Ədliyyə, Elektron Səhiyyə və hüquqi sahələrdə “əşyalar interneti” üzrə alətlərin, sensorların təsdiqinin etibarlılığına zəmanət verir.

Təqdimat layihə ətrafında aparılan fikir mübadiləsi və müzakirələrlə yekunlaşıb. 




Baxış sayı: 28

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Avqust 2018

20 08 2018

20/08/18
Avropa İttifaqı sosial şəbəkələrdə məzmunun silinməsi qaydalarını sərtləşdirib

Avropa İttifaqı terrorizmi dəstək xarakterli məzmunun silinməsi qaydalarını sərtləşdirməyi planlaşdırır. 

20/08/18
“Samsung Galaxy S10” smartfonu “MWC 2019” sərgisində təqdim ediləcək

“Samsung” şirkətinin mobil bölməsinin rəhbəri Ko Don Cin “Galaxy S10” smartfonunun 2019-cu ilin 

20/08/18
Pentaqon yeni anonim messencer hazırlayır

ABŞ Müdafiə Nazirliyinin Perspektiv Tədqiqat Layihələri Agentliyi anonim və təhlükəsiz mobil messencerin 

20/08/18
“Alcatel HH40V” qurğusu dünyanın istənilən nöqtəsindən internetə qoşulmağa imkan verəcək

“Alcatel” şirkəti dünyanın istənilən nöqtəsindən internetə sürətli qoşulma üçün “HH40V” portat

20/08/18
Dünyada ilk dəfə internetə çıxışı olmayan telefonların satış həcmi yüksəlib

Yalnız zəng edən və zəngləri qəbul edən mobil telefonların satış həcmi ilk dəfə ötən il 5% yüksəlib.

20/08/18
Keramika üçün ilk dördölçülü çap texnologiyası hazırlanıb

Honkonq (Çin) Şəhər Universitetinin tədqiqatçılar qrupu çapdan sonra mürəkkəb formalar alan dünyanın