12px13px15px17px
Tarix:30/01/18

Süni intellektlə təchiz edilmiş videokamera təqdim ediləcək

ABŞ-ın "Google" korporasiyası tezliklə süni intellektin köməyi ilə çəkiliş haqda özü qərar qəbul edəcək yığcam "Google Clips" videokamerasını satışa çıxaracaq.
 
"ICTnews" Elektron Xəbər Xidməti "futurist.ru" saytına istinadən yazır ki, "Google Clips" – bu, geyimə bərkidilən yığcam kameradır. Belə güman edilir ki, istifadəçi bu kameranı gün ərzində öz üzərində daşıyacaq və ona qurulmuş proqram təminatı qurğuya insanın gündəlik həyatından ən vacib anları müstəqil seçərək yaddaş kartına qeyd etməyə imkan verəcək.
 
"Google Clips" kamerası həm qısamüddətli səssiz videoçarxlar, həm də fotoşəkillər çəkə biləcək. Qurğu "Bluetooth" texnologiyası ilə təchiz ediləcək və kameranın işləməsi üçün internetə qoşulma lazım deyil. Kamera artıq ABŞ Federal Rabitə Komissiyasında sertifikatlaşdırmadan keçib.
 
Emil Hüseynov




Baxış sayı: 500

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






05 May 2024

04 05 2024