12px13px15px17px
Tarix:30/01/18

BƏƏ kosmosda ilk hospital yaradacaq

Birləşmiş Ərəb Əmirliklərinin Səhiyyə Nazirliyi kosmosda “Emirates Space Hospital” adlı ilk xəstəxananın yaradılması ilə bağlı planlarını açıqlayıb.

“ICTnews” Elektron Xəbər Xidməti “RİA Novosti” resursuna istinadən yazır ki, layihə ölkənin milli kosmik proqramının tərkib hissəsini təşkil edəcək.  

Nazirlik nümayəndəsi doktor Kulthum əl-Beluşi bildirib ki, kosmosda kosmonavtlara tibbi müalicə xidmətləri göstərilsə də, o, nanotexnologiyalar vasitəsilə Yerdən idarə olunacaq.  

“Teletibdən hospitallarda istifadə olunmaqla yanaşı, kosmosda tətbiq olunacaq”, - o qeyd edib.

Layihənin BƏƏ-nin 2020-ci ildə Marsda missiyaya başlaması ilə eyni vaxtda istifadəyə verilməsi nəzərdə tutulur. Hospital layihəsinin əvvəlcə Yerdə sınaqdan keçirilməsi planlaşdırılır.

Nizam Nuriyev 




Baxış sayı: 314

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






05 May 2024

04 05 2024